Professor Nurəddin Babayevin 90 illik yubileyi qeyd olundu
21 aprel 2011 14:08 (UTC +04:00)

Professor Nurəddin Babayevin 90 illik yubileyi qeyd olundu

Lent.az-ın məlumatına görə, tədbir “Bir sənətkar ömrü haqqında fotooçerk”in nümayişi ilə başlayıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubilyarın həyat və yaradıcılığına qısaca nəzər salaraq, onun müsbət keyfiyyətlərini və xidmətlərini sadalayıb. Rektor Nurəddin Babayevi şəxsən tanıdığını deyərək, keçirdiyi görüşlərində tələbə olaraq iştirak etdiyini xatırlayıb: “Nurəddin Babayevin görüşlərinə tək humanitar fənlər üzrə təhsil alan tələbələr yox, təbiət elmlərinin nümayəndələri də gedirdi. Mən də kimyaçı olmağıma baxmayaraq, bu görüşlərə məmnuniyyətlə qatılırdım. Çünki Nurəddin müəllimin söhbətləri, tövsiyələri hamımız üçün həm də bir həyat dərsi idi. Nurəddin Babayevin əsas xidmətlərindən biri də gəncliyi təlim-tərbiyə və sevgi mövzusunda istiqamətləndirə bilməsi olub. Çox gənc ondan dərs aldı”.


Abel Məhərrəmov qeyd edib ki, 1969-cu ilə qədər filologiya fakültəsinin bir şöbəsi olaraq, fəaliyyət göstərən jurnalistika fakültəsinin yaradılmasında Nurəddin Babayev dayaq nöqtəsi olub: “Jurnalistikanın ayrıca bir fakültə kimi yaranmasında Nurəddin Babayevin də çox böyük xidmətləri olub. O vaxt fakültədə vahid kafedra vardı. Nurəddin müəllim o kafedraya 12 il rəhbərlik etdi, fakültənin ilk dekanı oldu. Bu fakültənin yaranmasında, inkişaf etməsində, jurnalistlərin yetişməsində Nurəddin Babayevin əvəzsiz xidmətləri olub və onun adı artıq tarixə yazılıb”.


Tədbirdə BDU-nun jurnalistika fakültəsinin dekanı professor Yalçın Əlizadə Nurəddin Babayevin yaradıcılığı haqqında məruzə oxuyub. Daha sonra yubilyarla bağlı xatirələr danışılıb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121

Oxşar yazılar