Azərbaycanın gənc skripkaçısı Belçikada birinci oldu –
Azərbaycanın gənc və istedadlı skripka ifaçısı Ceyla Seyidova Belçikanın Namur şəhərində keçirilən “Bravo” musiqiçilərin IV Beynəlxalq müsabiqəsində I yeri qazanıb. Bu barədə Lent.az-a musiqiçinin anası Samirə Seyidova bildirib.
O, qızının müsabiqədə çıxışının dünyaca tanınmış musiqiçilər tərəfindən yüksək qiymətləndirildiyini deyib. Məlumat verib ki, müsabiqənin münsiflər heyətində dünyaca tanınmış Filippe Descamps, Guido Jardon, Jean-Frederic Molard, Valery Oistakh, Tatyana Samouil və İqor Tkaçuk təmsil olunublar. Çıxışları ilə hər bir münsif üzvünü heyran qoyan 15 yaşlı azərbaycanlı musiqiçi, iki mərhələdən ibarət olan müsabiqədə uğur qazanmağı bacarıb: “Müsabiqə 4 yaş qrupu üzrə keçirilib. Digər yaş qruplarında 4 və ən çoxu beş nəfər yarışdığı halda, Ceylanın qrupunda 15 musiqiçi mübarizə aparıb. Ceyla Fransa, Rusiya, Belçika və digər ölkə təmsilçilərini qabaqlayaraq birinci yerə sahib olub”.
Anası qeyd edib ki, Ceyla bu müsabiqədə Azərbaycanı təmsil etmək üçün Təhsil Nazirliyi tərəfindən Belçikaya göndərilib. Azərbaycanlı gənc musiqiçiyə Brüssel Konservatoriyasında təhsil almaq təklifi də olunub: “Ceyla 10-cu sinifdə oxuyur. O, hələ Azərbaycandan kənarda olmaq istəmir. Doğrudur, çox yaxşı təklifdir. Dəyərləndirib-dəyərləndirməyəcəyimizi isə düşünücəyik. Hələ də inana bilmirəm ki, qızım bu müsabiqədə birincilik qazanıb. Ən əsas odur ki, çıxışından sonra hər bir kəs, hətta məşhur musiqiçilər belə bizə yaxınlaşıb təşəkkür edirdilər. Bu, hər şeyə dəyərdi”.
S.Seyidova onu da vurğulayıb ki, “Bravo” beynəlxalq festivalıdna birincilik qazanmaq, artıq konservatoriyaya qəbul olunmaq deməkdir. Bu, müsabiqənin şərtlərində də göstərilib. Bu günlərdə Vətənə qayıdan Ceyla Seyidova müsabiqədə uğur qazandığı üçün özünü çox xoşbəxt hiss etdiyini deyib və hər zaman Azərbaycanı layiqincə təmsil edəcəyinə söz verib: “Azərbaycanı təmsil etmək çox böyük şansdır. Nə gözəl ki, mən də bu şanslılar sırasındayam. Bu zamana kimi necə uğur qazanmışamsa, bundan sonra da bu missiyamı layiqincə davam etdirəcəyimə söz verirəm”.
Onu da əlavə edək ki, Ceyla Seyidova bir neçə ildir, çoxsaylı beynəlxalq müsabiqə və festivallarda çıxış edir və hər bir çıxışı uğurla baş tutub.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06