İsmayıl Şıxlının xatirə lövhəsi açıldı
Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli simaları, ziyalılar, İsmayıl Şıxlının ailə üzvləri iştirak edib. Giriş sözü ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev xalq yazıçısının həyat və yaradıcılığı barədə danışıb. O bildirib ki, Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan İsmayıl Şıxlının məşhur “Dəli Kür” romanı və roman əsasında çəkilmiş eyni adlı filmi onu milyonların sevimlisinə çevirib, həm ədəbiyyat, həm kino ictimaiyyəti arasında böyük qələm sahibi kimi şöhrətləndirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar İsmayıl Şıxlını dövrünün ən böyük yazıçılarından biri adlandırıb. Onun sözlərinə görə, İ. Şıxlı xatirələrdə həm böyük yazıçı, həm də kübar ziyalı kimi qalıb.
Sonda mərhum yazıçının oğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı atasının xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinin yaradılmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, xatirə lövhəsi İsmayıl Şıxlının yaşadığı binaya (Üzeyir Hacıbəyov 27) vurulub. Xatirə lövhəsinin müəllifi heykəltəraş Natiq Əliyevdir.
Xəyalə Muradlı

Oxşar yazılar

Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44