Nisə Qasımova: “Onun adını dilimə gətirmək belə istəmirəm...” - MÜSAHİBƏ
Xalq artisti Nisə Qasımovanın Lent.az-a müsahibəsi
- Nisə xanım, yenidən Sizi ekranda teleaparıcı kimi görə biləcəyik?
- Əlbəttə. Bu oktyabrda da, noyabrda da, gələn il də ola bilər. Bilirsən nəyə görə yenidən ekrana qayıtmaq istədim, çünki haqqımda müəyyən şayiələr gəzir. Hələ mən ANS-lə isti-isti sağollaşmışdım...
Mən yorulmamışam, əksinə, həmişə müdiriyyətdən xahiş edirdim ki, verilişin müddətini yarım saat da artırsınlar. Çünki çözülməyən məsələlər qalırdı, reklam rolikləri çox idi. Lakin o formatda işləyə bilməzdim. O iclasdan iki-üç gün keçməmiş haqqımda şayiələr yayıldı ki, Nisə “ölüb”.
Mənə rayondan, ordan- burdan bir neçə zənglər oldu, “bəs biz sizin haqqınızda belə söhbət eşitmişik”. Kimisi deyirdi, yuxu görmüşəm. Ondan sonra musiqiçi dostum Malik Paşa zəng vurdu. Dünən söhbət eləmişik, bu gün görürəm qəribə danışır, özüm də əsəbləşirəm ki, axı bu söhbət oldu keçdi! Sən demə, ansamblın üzvlərindən biri İlham da Malikə zəng vurub ki, sən Allah zəng vurum, eşidim ki, bu söhbət yalandı. O da mənimlə söhbət edə-edə İlhamə eşitdirirmiş ki, Nisə xanım həqiqətən də yaşayır. Sonra bizə gəldi. Azərbaycan Televiziyasında işləyən rəfiqələrimdən biri, qohumlarım, hamısı bir-bir məni yoxlamağa gəldilər.
Yeri gəlmişkən, mən o vaxt verilişdən ayrılmaq barədə qəti qərara gəlməmişdim, artıq söz-söhbətlər gəzməyə başladı ki, Nisə ölüb, kanaldan qovulub, işdən çıxarılıb. Bu sözlər mənim çox acığıma gəldiyi üçün yeni bir layihə üzərində işlməyə qərar verdim. Lakin hələ hansı kanalda hansı formatda veriliş aparacağımı bilmirəm.
- “Xəzər” televiziyasından təklif aldığınız doğrudur?
- “Xəzər”dən təklif gəlməyib, sadəcə bu gün sənətim mənə imkan verir ki, hansısa verilişdə ekspert kimi iştirak edim. Ola bilsin, yanvarın 1-dən başlayım, ola bilsin fevralın 13-də...
- ...Niyə məhz fevralın 13-də sualını verməyəcəm, bilirəm ki, həmin gün Sizin doğum gününüzdür.
- (Gülür). Düzdür. Mən boş vədlər verməyi xoşlamıram, dediklərim üçün insanlar qarşısında cavabdehlik daşıyıram. İşlədiyim kanaldan inciməmişəm, lakin istəyərdim ki, yaş həddimə görə bir balaca mənimlə də hesablaşsınlar. Qalan mənim heç bir narazılığım yoxdur. Bilmək olmaz, bəlkə mən yenidən ora qayıtdım, hər şey ola bilər...
- Artıq o saatlarda Sizi Turan İbrahimov başqa bir verilişlə əvəz edir, necə dəyərləndirirsiniz?
- Turan maşallah, riskli oğlandır. Kişiyə belə sərt olmaq yaraşır. Ümümiyyətlə, kişi kimi kişi mövqeyini saxlayanlayanların hamısına hörmətlə yanaşıram. Turanın bu verilişi aparmasına xoşhal oldum. Bəlkə də başqası aparsaydı, nəm-nüm edərdim, lakin indi narazılıq edə bilməyəcəm.
- Haqqınızda o şayiələri yayan kimlərdir?
- Konkret heç nə düşünə bilmirəm, lakin bir şey fikirləşirəm ki, bu şayiəni yayan hansı düşüncə ilə belə qərar alıb? Mən kimə neyləmişəm? Əgər bu gün sözün əsl mənasında nədənsə incimiş olsam, bu dəqiqə fəaliyyətimi donduraram. Və ya mənim oxumağımı çoxluq qəbul etmirsə, onda da sənətimə nöqtə qoyaram. Çünki səhnələrin ölüsü deyiləm.
- Bu gün də özünüzü əvvəlki illərdə olduğu kimi intriqaların, çəkişmələrin, qısqanclıqların mərkəzində hiss edirsiniz?
- O qədər belə şeylərdən təcrid olunmuşam ki, ona görə də açığı son vaxtlar görə bilmərəm. Dörd divarımın içində oturmuşam. Bilərəkdən özümü ictimaiyyətdən, insanlardan məhdudlaşdırmışam. O qısqanclığı da görmürəm. O vaxt uşaq idim, ağlım kəsmirdi, düşünürdüm ki, qısqanılıram. İndi bu sözü desəm ayıb olar. İstəmirəm heç kimi qısqanam. Qısqananlar varsa, onların da Allah canın sağ eləsin. Kimin əlindən nə gəlirsə, 5 də artıq çəksin.
Bir müğənni yaşından asılı olmayaraq qarşısındakı insana hörmət qoymağı və hörmət gözləməyi bacarırsa, mənim başımın tacıdır, kim olursa olsun. Yox, əgər bacarmırsa və siz bilirsiniz ki, bir olay olmuşdu... Və mən onu heç gündəmə gətirməmişdim. İndi də gətirməzdim əgər indi mənə sual verən sən olmasaydın. Bilirsən ki, adımı bilərəkdən qalmaqalda hallandırmağa cəhd ediblər. Telekanalda mən bu cür aqressiyanı özümdə daşımazdım. Baxmayaraq ki, Ramazan ayıdır və heç kəsin haqqında danışmaq düzgün olmasa belə, amma var biri! O da bir nəfər müğənnidir. Əslində müğənni deyil, o əsl şou-biznes adamıdır. Müğənni, sənətkar ayrı şeydir. Sənətkar Zeynəb Xanlarova, Flora Kərimova, Nazpəri Dostəliyeva, Briliant Dadaşova, Elnarə, Röya, İlqar Muradov, Samir Cavadzadə, Eltondur, Ayaz Qasımovdur, İzzət Bağırovdur və layiqlı neçə müğənnilərdir. Bilirsən nə qədər müğənni saymaq olar?! Amma müğənni olmayanların nə həddi var ki, mənim adımı olmayan söhbətlərdə hallandırsın?! Bu nə deməkdir?! Onu da ki, hamınız bilirsiniz kimdir. Adını dilimə gətirmək belə istəmirəm! Xəstədir, Allah şəfasını versin...
- Şou-biznesdə uzun vaxtdan bəri tendensiya davam edir, orta nəsil sənətçilərlə gənc nəsil arasında qarşıdurma var. Siz bu mərkəzin kənarında dayanmısınız...
- ...Mən onlara tamaşaçı gözü ilə baxıram, bir də evimdə nəvələrim böyüyür, zövqləri fərqlidir. Evdə oturub, ailəm onları dinləyə-dinləyə necə deyim ki, o kimdir, onları sevən yoxdur... Adını çəkməyəcəm, bu yaxınlarda gənc bir sənətçi ilə rastlaşdım, ona böyük sənətkar olduğunu dedim. Böyük sənətkar olmaq üçün yaşlı olmaq lazm deyil, o qədər yaşlı müğənnilər var ki, böyük sənətdən xəbərdardrlar, lakin böyük sənət naminə heç bir iş görməyiblər. Oxuduqları mahnılarda milli mentalitetiə uyğun gələn inqilablar etmədilər, məncə buna sənətkar demək olmaz. Ancaq gənc müğənnilərmiz var ki, onlar böyük sənətkar cərgəsindədilər.
- Necə ola bilər ki, sizi narazı salan gənc ifaçı olmasın?
- Mənim bir mahnım var: “toxunma qəlbimə, günaha batarsan”. Yenə deyirəm, hansi müğənni ki, yaşına görə öz yerini bilirsə, subordinasiyanı gözləyirsə, hörmət etməyi və hörmət qazanmağı istəyirsə, o, mənim başımın tacıdır.
- Nisə xanım, bir qrup sənətçilər pul müqabilində gənc ifaçıları mətbuatla tanış edir, təqdimatlarda onunla yanaşı əyləşir və ifaçının şəninə bolluca təriflər yağdırır. Nə vaxtsa belə bir təklif almısınız?..
- Yəni, müğənni həmin ifaçıdan pul alır? Mənə belə gəlir ki, işlətdiyim kəlmələr, imzam o puldan çox bahalıdır. O beş-üç manat alıb təriflədiyim adam, sabah cəmiyyət içində hansısa qüsura yol versə, onda gərək o pulu qaytaram, sözlərimi də geri götürəm.
Hər insanın həyata və insanlığa öz baxışı var. Mənim də sıxıntılarım, əziiyyətlərim, kaprizlərim, nifrət etdiklərim, sevdiklərim olub. Hamısı olub, var, olacaq da. İnsan bəzən özündən baş açmır. Allah özü nəzarət edə bilirsə, ondan salamat heç nə yoxdür. Mənim də başımdan çemodanla pullar tökülən vaxtlarım olub. Həmişə Allaha yalvarmışam ki, Allahım, məni dəyişmə, necə var, elə də qalım.
- Müğənni hansı halda aparıcılıq edə bilər ki, sabah tamaşaçı nəzərində sənəti gözdən düşməsin?
- Mənə elə gəlir ki, xalqın ona simpatiyası olmalıdır. Çünki müğənni təkcə təhsilinə və savadına görə o simpatiyanı qazanmır. Onun işığı, tamaşaçı auditoriyası olmalıdır. Kanalın verilişlərinin mahiyyətinə görə çərçivədə, milli mentalitetə uyğun şəkildə sevimli olmalıdır.
- Misal üçün, müğənni Elnarə hamiləliyinin 8-ci ayında ekranda proqram aparmağa hazırlaşır. Hansı daha düzgündür - evdə oturub uşaq dünyaya gətirmək, yoxsa, bu vəziiyyətlə veriliş aparmaq?
- Elnarə ağıllı qızdır, əgər o analığının məsuliyyətini dərk edərək veriliş aparmağa qadirdirsə, niyə də olmasın? Müasir televizyonçuluqda bu normaldır.
- Nəvələrinizin musiqi ilə bağlılığı var? Hiss edirsiniz?
- Nəvələrimdən biri, adı Hüseyndir, mənim bütün mahnılarımı oxuyur. İnanın, gözlərim dolur ona qulaq asanda. O birisi nəvəm Pərviz Ədalət Şükürovun fanatıdır, bütün günü onun mahnılarını oxuyur. Pərviz dinamik mahnıları xoşlayır, amma Hüseyn əksinə.
- Nənələri onları sənət aləmində görmək istəyər, yoxsa...
- Mən? Yox, yox, istəmirəm. Amma buna baxmayaraq, qoy musiqi anlayışları olsun. İstəmirəm. Mən inanmıram ki, 20 ildən sonra bizim sənət meydanları gördüyümüz kimi olacaq. Musiqiçi ola bilərlər, amma müğənni istəmirəm. Çünki musiqiçilərə dəyib dolaşmırlar, adları hallanmır.
- Eşitdiyimə görə, biznes-ledi olacaqsınız.
- Bəli. Mənim neçə illərdir bir nizamnaməm var - “Kainat” studiyası. Artıq studiyanın bütün dekor işləri bitib. Bir az da bizneslə məşğul olsam, yaxşı olar. Çünki oxuduğumu oxumuşam. Keçən günlərdə bir dostuma da deyirəm ki, mən şou-biznesdə sıra yeri tutmaq istəmirəm. Hamımız eyniyik. Sadəcə, ayrı janrlarda oxuyan müğənnilərik, ayrı dünya görünüşləri olan insanlarıq. İnşallah, müəyyən işlərin təməlini qurmuşam. Allah qoysa, yaxşı olacaq...
Lalə Yusifqızı

2072