İlhamə Quliyeva: “Qoy Mədəniyyət və Turizm Nazirliyi əcnəbi sənətçilərlə məşğul olsun!” - EKSKLÜZİV
Xalq artisti İlhamə Quliyevanın səhhəti yaxşılaşıb. Bu barədə müğənni özü Lent.az-a açıqlamasında bildirib: “Hazırda reabilitasiya dövrü yaşayıram. Sağlığımda problem yoxdur. Qan təzyiqim, hər şey yerindədir. Yaramın sağalmasını gözləyrəm. İstəyrəm ki, tam sağalım, əlavə müalicəyə ehtiyac olmasın. Burada çox gözəl, diqqətli həkimlər var. Xidməti personal çox savadlı, nizam-intizamlıdır, ona görə də xəstəxananı tərk etməyə tələsmirəm”.
Müğənni gələn qonaqlarından danışıb: “Üzünü illərlə görmədiyim insanlar məni ziyarət edib. Prezident Aparatının nümayəndələri, millət vəkilləri, ziyalılar, sənət aləmindən insanlar məni ziyarət ediblər. İrandan, Rusiyadan qonaqlar gəlib, İsveçdən, İsveçrədən zəng ediblər, çox-çox yerlərdən, dünyanın hər nöqtəsindən zənglər gəlib. Otağımda gül-çiçək əlindən yer yoxdur”.
İ.Qulyeva Mədəniyyət və Turizm Nazirliyindən heç kimin onu ziyarət etmədiyindən şikayətlənib: “Mədəniyyət və Turizm Nazirliyi ancaq əcnəbi sənətçilərə maraq göstərir. Onlardan səs-səda olmayıb. Lakin məni ziyarət edən elə insanlar var ki, onların diqqətsizliyini dərd eləmirəm, əksinə, dodağıma gülüş gəlir...”
Sənətçi nazirliyin əcnəbi sənətçilərə yerli sənətçilərdən çox diqqət yetirdiyini iddia edib: “Nazirliyin heç bir nümayəndəsi mənimlə maraqlanmayıb. Əslində 45 ilin sənətkarı, “Şöhrət” ordenli sənətkar üçün bu... Mən çox təəccüblənirəm ki, niyə bizim nazirlik əcnəbilərə yetirdiyi diqqətin onda bir hissəsini özümüzkülərə, Azərbaycana xidmət edən sənətkarlara ayırmır? Bu xoşagəlməz haldır, ancaq özləri bilən məsləhətdir, qoy əcnəbilərə hörmət etsinlər, təki əcnəbilər onlardan razı qalsınlar... ”
Nazirlikdən Lent.az-ın əməkdaşına bildiriblər ki, sənətçinin iddiasına qısa zamanda münasibət bildiriləcək.
Lalə Yusifqızı

982