
Böyük Teatrın solisti Bakıda “Bəhram şah” olacaq
Həmin tamaşada “Bəhram şah” rolunu Böyük Teatrın aparıcı solisti – balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Sankt-Peterburqun “Qızıl sofit” ali teatr mükafatının qalibi Mixail Lobuxin ifa edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mixail Lobuxin “Bəhram şah” rolunu həm də fevralın 21-də balet truppamızın Böyük Teatrın səhnəsindəki çıxışı zamanı da ifa edəcək. Tanınmış rusiyalı xoreoqraf, Q.Qarayevin “Yeddi gözəl” baletinin quruluşçu baletmeysteri Vasili Medvedyev bu haqda fikirlərini bölüşərək deyib: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin M.Lobuxinin “Yeddi gözəl” baletində iştirak etmək üçün dəvət olunması ilə bağlı qərarını bəyənir və alqışlayıram. Çünki o, dünya səviyyəsində parlaq bir balet ulduzudur və Lobuxinin iştirakı tamaşanın professional səviyyəsini daha da zənginləşdirəcək. Tamaşada Gözəllər gözəli rolunu ifa edəcək Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova ilə Mixail Lobuxin cütlüyünün birgə çıxışı çox maraqlı və gözəl alınacaq. Məlumdur ki, parlaq və istedadlı şəxsiyyətlərin iştirakı tamaşanın uğurunu təmin edən əsas cəhətlərdəndir və mən Kamilla Hüseynova və Mixail Lobuxini bu sıraya aid edirəm”.
Xatırladaq ki, Mixail Lobuxin ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun “Don Kixot” baletinin tamaşasında da çıxış edib.
Xəyalə
Xatırladaq ki, Mixail Lobuxin ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun “Don Kixot” baletinin tamaşasında da çıxış edib.
Xəyalə
Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30