Balzakdan da diri Ramiz Rövşən
Onere de rəhmətliyin ad günündə Dirilər Dirisi şairimə
Yox, yox, nəyə deyirsiniz, and içim, Ramiz Rövşənin yaradıcılığı ilə məni bu yazını yazmağa vadar eləyən səbəbin gəlişməsini təşkil eləyən hadisələr silsiləsinin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, yoxdur, bir daha yoxdur. Məsələ bundadı ki, bu gün (yəni, 18 avqustda ) guya rəhmətə getdiyi günü qeyd eləməyə hazırlaşdığım Onere de Balzak barədə yazı yazmaq təklifimə “ötən dəfə Motsartdan yazdın, indi də dirilərdən yaz” cavabını alanda ağlıma bir kimsə gəlmədi. Sonra birdən ağlıma o qədər adam gəldi, say-hesabını itirdim. Ardından yenə “meydan” boşaldı və birdən bu “ölülər-dirilər” məsələsindən kefim elə duruldu, Allahın Konstantin Simonovunun belə müraciət elədiyi bu adda bəlkə bir dənə şeiri də olmayan Ramiz Rövşənin adı pərçimlənib beynimdə qaldı. Niyəsinə başqa amil də kömək elədi. Dünən Yazıçılar Birliyinin böyründə qapısına-bacasına iri hərflərlə “DVD”, “Sinema”, “Kitab” kimi sözlər yazılmış dükana girəndə maraqlı bir şeyə rast gəldim. Ramiz Rövşənin “Nəfəs-Kitablar Kitabı” neçəyə olsa yaxşıdı? Düz 19 manata! Təəcüblənməzdim, əgər üç gün əvvəl metronun “28 may” çıxışından elə həmin kitabı 8 manata desələr də, 7 manata alıb bir dostuma paketləyib göndərməsəydim. Ancaq YB-nin böyründəki dükanda Anarın, Dayandur Sevginin, nə bilim, digərlərinin kitablarının qiymətini də öyrəndim. Beləsindən yoxuydu. Səbəbini soruşdum, dükandan dedilər, qiyməti Yazıçılar Birliyindən qoyublar… Ramizin kitabına YB niyə qiymət qoysun? Özü də 19 manat! Elə bil təxribatdı… Nəsə…
Rəsmi qaydada desək, “bu kimi amillər” Ramizin adını beynimə qazdı və birdən fikirləşdim ki, əcəba, illər əvvəl olduğu kimi, indinin özündə də Ramizin kitabları böyük arzularla əyalətdən tələbəliyə gəlmiş cavan qızın-oğlanın yastıqaltı, vəzifəsindən, yaşından, siyasi mənsubiyyətindən, savadından və mütaliəsindən asılı olmayaraq Azərbaycan insanının masastü kitabıdırsa, bu zalım oğluna necə dirilərdən diri deməyəsən? Mən də yapışmışam Balzakın ölüm günündən…
…Haçan və hansı şəraitdə onu ilk dəfə oxuduğum yadımda deyil. Hərdən mənə elə gəlir, Ramizi bilənlərin və oxuyanların hamısı bu gündədi. Ramiz Rövşən elə bil onu oxuyanların, onu sevənlərin hamısının ulu babasıdı. Hamı Ramizdən elə danışır, elə bil əsrlər, qərinələrcə yaşı var. Özü də onu həmişə, hər yerdə oxumaq mümkündü: dərddən çərləyəndə, dünya sənə dov gələndə, dostlar, yaxud sevgilin səni atanda, ya tənha qalanda, ya da əksinə, adamlar, atəşfəşanlıq, sevgi və nifrət zəhləni tökəndə.
Bu dünyada bəstəkarın zəif musiqisi, rəssamın güclü olmayan tablosu, yazıçının, şairin alaçiy romanı, şeiri olar, amma bunların Ramizə qətiyyən aidiyyatı yoxdur. Nəsrindən danışmıram, amma onun bir dənə də olsun, zəif şeirini xatırlamıram. Ramiz Rövşənin şeirlərinin hamısını elə bil hər onu oxuyan, hər sevən özü yazır, artığına-filanına özü taraz verir ki, qulağı deşən, halını pozan heç nə olmasın. Hər kəs öz zövqünə görə. Dünyagörüşündən, savadından, mütaliəsindən asılı olmadan hər kəsi göylərə çəkən bu poeziyanın sirri nədədi, bax onu bilmirəm. Bəlkə Ramiz yazanda elə bizim üçün yazır, heç özünü düşünmür, ona görə? İnanılması çətindi və adətən tənqidçilər, şairlər özləri də belə məqamla burun-buruna gələndə ciddi görkəm alıb, birağızdan deyirlər: “Sənətkar yalnız özü üçün yazar”. Mən yaradıcılığın bu mənəvi dəyərini müəyyən dozasına qədər qəbul etdiyimdən, şairimin əvəzinə heç nə demərəm, ancaq hər iki halda, yəni Ramiz bizim üçün də, özü üçün də yazıbsa və yazırsa, ikisində də nəhəngdir. Deməli, tək özünün yox, minlərin, yüzminlərin, milyonların taleyini yaşayır, yükünü daşıyır, əzabını çəkir və ona görə də bizə elə gəlir, minlərdən, yüzminlərdən, milyonlardan daha qocadı…
…Ramiz Azərbaycanda az-az (sadalayası olsam, bunların arasında ancaq ruhu bizimlə olanlar çoxdurlar) aydına nəsib olan tale yaşayır. Uzağa, Sovet dövrünə getmirəm, özüm də şahidi olduğum son 20 ili xatırlayıram və görürəm ki, o, müstəqilliyin ilk illərindən böyük bir ziyalı ordusu yetişdirən bəlkə də yeganə şairdir. Təkcə elə mən Ramizin şeyirləriynən Adam olan onlarla adamlar tanıyıram ki, bəziləri dünən, bəziləri bu gün Azərbaycan mətbuatında, ədəbiyyatında sevilənlərdən olublar və sevilənlərdəndirlər; bir qismi yaxşı vəzifədədir, bir parası heç harda işləməsə də, min dənə vəzifədə işləyəndən min dəfə çox hörmətli və işıqlıdı; digərləri nə qədər vicdansız, əclaf olsalar da, hamımızın şairimizdən şeir deyəndə, yüz faiz bütün mənfiliklər canlarından çıxır, cocuq kimi təmizlənirlər; bir çoxları bu gün biznən olmasalar da, fani dünyada özlərinə yaxşı ad qoyub gediblər. Ramizin diriliyi də ondadır ki, bütün bu adamları sözüylə, nəfəsiylə birləşdirməyi bacarıb. Qısası, mən inanmıram, Ramizi sevən köpəyoğlu sonuna qədər elə köpəyoğlu olsun. Onun haradasa bir adamoğlu nöqtəsi var ki, Ramizdən çoxlu-çoxlu oxusa, adamoğluluğu çoxalar. Bizim şairimiz İnsana insanlığını xatırladan Şairdi…
…Ramiz Rövşən nəinki adamları, hətta şairləri sındıran son illərin bu qalmaqallı hadisələrindən də Diri çıxanlardandı. Onu hamı sevdi: müxalifəti də, iqtidarı da. Ramiz heç harda ağzını yava qoyub bir yerdə bir söz, başqa yerdə başqa söz deyənlərdən olmadı, Kişi və Şair kimi yaşadı, yaşayır…
…Bu gün Balzakın ad günüdü, ancaq bizim Dirimiz Ramiz Rövşəndən yazdım. Mən belə şeylərə inanmaram, ancaq bəlkə Ramiz üçün bu gün çox əlamətdar bir gündü, nə bilmək olar? Mən dostlardan birinin “Ramiz başqa xalqın şairi olsaydı, yüz faiz “Nobel” alardı” fikrinə daha çox inansam da, şairimin “Nobel” almaması vecimə də deyil. Çünki bilirəm, onun da vecinə deyil. Dünyada “Nobel”dən daha böyük şeylər var. Məsələn, Ramizin şeirləri…
P.S.
Görürsən, yenə yadımdan çıxdı. Axı bu gün Balzakın ad günüdü. Mən Balzak haqda yazımı bu sözlərlə başlamışdım: “Çətin ağlım kəsir ki, tanınmaq, məşhurlaşmaq arzusu ilə bu qaynar həyata üz tutan, gecəsini-gündüzünə qatıb yarıac-yarıtox günlərini oxumaqla, yazmaqla keçirən, Bakının soyuq redaksiya otaqlarında, yarıqaranlıq kirayə odalarında duruş gətirən iddialı bir gənc onun "Puç olmuş" xəyallarını oxumasın, əsərin qəhrəmanı olan gənc şairin enişli-yoxuşlu həyatı ilə özünün düşdüyü bu paytaxt cəhənnəmini müqayisə etməsin. Əminəm ki, həmin gənc mütləq qərinələrin o tayından Balzakın səsini eşidib, onun qəhrəmanlarının yaşantılarını duyub.
Maraqlıdır, Balzakın əsərlərində iki yüz il əvvəlin Parisi ilə Bakını eyniləşdirən, iki yüz il əvvəlin iddialısı ilə bu günün iddialısını birləşdirən xətt nədir?”
Sadəcə, Onerenin adını çıxardıb, yerinə Ramizin adını qoymaq gərəkdir. Eyni şeyləri sevimli şairim barədə də yazardım. Çünki Ramiz Balzakdan daha diri, həm də iridir…
İlham TUMAS
[email protected]

1411