Fəxrəddin Manafov doğum gününü tək keçirib
03 avqust 2009 14:00 (UTC +04:00)

Fəxrəddin Manafov doğum gününü tək keçirib

“Mobil telefonumu söndürdüm, qorxdum birən partlayar...”

Avqustun 2-də Azərbaycanın xalq artisti Fəxrəddin Manafov 54 yaşını qeyd edib. Xalq artisti Lent.az-a açıqlamasında doğum gününü tək qeyd etdiyini açıqlayıb: “Özəlliklə belə istədim. Əslində dostlarım, məni tanıyanlar tək buraxmadılar. Mobil telefonumun yaddaşı artıq dolub. Axırda söndürdüm, qorxdum birən partlayar...”

Aktyor yeni yaş dövrünün əvvəlkilərdən fərqlənmədiyini deyib: “Əslində yeni yaşımın və bu il yaşadıqlarımın əvvəlkilərdən heç bir fərqi yoxdur. 3 yaşımda, 33 yaşmda və indiki yaşımda necə idimsə, mənə elə gəlir ki, sabit həyat yaşayırım. Taleyin axarı ilə gedirəm”.

Manafov yeni yaşına yeni palanlarla daxil olub: “Hazırlaşıram, inşallah Moskvaya yola düşməliyəm. Yeni seriala dəvət almışam, çəkilişlər Moskvada və Bombeydə gerçəkləşəcək. Burda isə teatrda işlərim davam edəcək”.

Qeyd edək ki, sevimli aktyorumuz Fəxrəddin Manafov 2 avqust, 1955-ci ildə Xankəndidə anadan olub.

1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 40-a yaxın filmdə rol alıb.

1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065

Oxşar yazılar