“40-cı qapı” bədii filmi böyük uğur qazanıb
18 iyul 2009 15:30 (UTC +04:00)

“40-cı qapı” bədii filmi böyük uğur qazanıb

Film dünyanın müxtəlif ölkələrindən 20-dən çox festivala dəvət alıb
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ritm prodakşn”da çəkilən “40-cı qapı” bədii filmi 44 cü Beynəlxalq Karlovı Varı Film Festivalında nümayiş olunub.
Lent.az-ın məlumatına görə, film 2 dəfə kinoteatrda və 5 dəfə festivalın video zallarında nümayiş olunub. Nümayişlərdən sonra film dünyanın müxtəlif ölkələrindən 20-dən çox festivala (Tokyo, Pusan, Almaniya, Belçika, Britaniya, Mərakeş və s.) dəvət alıb.
Filmin stili vaxtilə İtaliya kinosunda yeni mərhələ açmış Neorealizm cərəyanı ilə müqayisə edilib. Filmin prodüseri Xaqani Həşimov, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və b. çəkiliblər. Çexiya, İtaliya, İngiltərə televiziyaları, Azadlıq radiosu və xeyli sayda qəzet və jurnal filmin rejissoru Elçin Musaoğlu və prodüseri Xaqani Həşimovdan müxtəlif səpgidə müsahibələr alıb.
Qeyd edək ki, film aprel ayında 42-ci Beynəlxalq Hyuston Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata (GOLD REMI AWARD .Foreign) layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar