Müəllif Hüquqları Agentliyi Niyaməddin Musayevə cavab verdi
Bunu Lent.az-a Müəllif Hüquqları Agentliyi (MHA) hüquq şöbəsinin müdiri Xudayət Həsənli xalq artisti Niyaməddin Musayevin bir neçə gün öncə MHA ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib. Şöbə müdiri hazırda “Qərənfil güllər” mahnısı ilə bağlı müəyyən tədbirlər gördüklərini deyib: “Biz erməni dilində ifa olunan mahnını internetdən götürmüşük. Yeri gəlmişkən, erməni oğurluğu ilə bağlı Müəllif Hüquqları Agentliyində məlumat bazası yaradılıb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müvafiq sənədlər əsasında şikayət məktubu göndərmişik. Hər belə fakt barədə rəsmi məlumat göndəririk. İndiyədək 5-10 məktub yollamışıq. Hələlik şikayət məktubuna cavab gəlməyib. Sözügedən qurumun heç buna cavab üçün mandatı da yoxdur. Lakin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin ixtisaslı təşkilatıdır və bizim müraciətimiz istər-istəməz onların diqqətinə çatır. Fikir versəniz, əvvəlki illərə baxanda artıq oğurluqlar da azalıb. Məsələni araşdırıb öz səlahiyyətimiz çərçivəsində həll edəcəyik”.
Qeyd edək ki, mahnısı ermənilər tərəfindən mənimsənilib oxunan Niyaməddin Musayev Lent.az-a açıqlamasında bununla bağlı MHA-ya şikayət etdiyini, ancaq qurumun müğənniyə dəstək vermədiyini bildirib.
Xatırladaq ki, Vito Bakinskiy adlı erməni ifaçısı Azərbaycanın xalq artisti Niyaməddin Musayevin yazdığı “Qərənfil güllər” mahnısını erməni dilində ifa edib. Vitonun ifası “YouTube”da da yerləşdirib.
Lalə Yusifqızı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06