Varis: “Yazıçı o qədər də imkanlı olmamalıdır...” – MÜSAHİBƏ
Azərbaycanda kitabı ən çox satılan yazıçı Lent.az-a danışdı: “İkinci romanım daha maraqlı olacaq”
O, bugünlərdə yenidən gündəmə gəldi. Zatən ilk və hələlik yeganə olan kitabı çap olunandan – keçən ilin noyabrından bəri gündəmdədir. Ancaq “Kitab klubu”nun açıqladığı reytinqə görə, bədii ədəbiyyat nümunələri arasında ən çox oxunan kitabın (“Sonuncu ölən ümidlərdir”) müəllifliyi ilə daha da populyarlıq qazandı. Söhbət “Sonuncu ölən ümidlərdir”in müəllifi Varisdən gedir. Reytinq açıqlanandan sonra Varis ilk müsahibəsini Lent.az-a verir.
Dosye: Varis Musa oğlu Yolçiyev – 1966-cı ildə Sumqayıt şəhərində anadan olub, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə “168 saat” və “7 gün” qəzetlərinə redaktorluq edib. Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının müəllifi olub. 2003-cü ildə Azərbaycan Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş redaktoru təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin Direktoru təyin edilib. Hazırda həmin vəzifədə çalışır.
20-dən artıq kitaba (“Əsl insan haqqında”, “Azərbaycan Prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktorluq edib. İlk bədii ədəbiyyat nümunələri 1990-cı ildə “Ulduz” jurnalında İsmayıl Şıxlının təqdimatı ilə çıxan hekayələridir. Müxtəlif illərdə qəzet və jurnallarda onlarla bədii əsəri dərc edilib. Pero-serial janrında yazılmış “Sonuncu ölən ümidlərdir”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Tənha yalquzağın nağılı”, “Yol ayrıcında azıb qalanlar” kimi yazıları populyarlıq qazanıb.
İlk - “Sonuncu ölən ümidlərdir” kitabı 2008-ci ilin noyabrında çap edilib.
- Sizcə, Azərbaycanda niyə kitab oxumurlar? Daha doğrusu, niyə az oxuyurlar?
- Rəhbəri olduğum departamentin nəzdində Sorğu Mərkəzi var. Bir dəfə biz insanların niyə kitab oxumamaları barədə xüsusi buraxılış hazırladıq. Belə məlum oldu ki, xüsusən gənclərimiz kitab oxumaq istəyirlər, sadəcə olaraq, istədikləri – bugünkü həyatla bağlı, indiki həyatla səsləşən roman – yoxdur. Həmin vaxt mən düşündüm ki, gənclərə belə bir əsər təqdim etməyin vaxtı çatıb. Kitabın da üzərinə “Kitab oxumağın vaxtı yetişdi” şüarı ilə onu çapa verdik. Kitabı 10 min tirajla çıxardıq. Belə ki, birinci mərhələdə 4 min, ikinci mərhələdə isə 6 min kitab çap olundu. Biz ilk mərhələdə nüsxələri ali məktəblərə, media qurumlarına, QHT-lərə hədiyyə etdik. Bu hədiyyə ondan ötrü idi ki, hamı tanış olsun. İkinci mərhələdə isə kitabın satışını həyata keçirdik. Bu ilin may ayınadək kitabın hamısı satılıb qurtardı. Ona görə də məcbur olub başqa bir nəşriyyatda əlavə 1000 ədəd sifariş verdik. Hazırda kitabın həmin əlavə tirajı satılır. Bir şeyi də deyim. İndi adətən oxucular yazıçıya əsərlə bağlı rəy bildirmirlər. Statistikaya görə, 100 oxucudan bir nəfəri rəy bildirə bilər. Mənə isə bu günə qədər 900-dən çox oxucu rəyi gəlib. Kitabda həm e-mailim, həm də mobil telefon nömrəmi göstərmişdim. Həmin rəylərin hamısını qovluğa yığıram. Rəylər daha çox SMS-lə gəlir.
- Yəqin 1000 nüsxə də satılıb qurtarsa, yeni tiraj çap olunacaq...
- Sözün düzü, yay dövründə yeni tiraj satılıb qurtaracağını, sentyabr aynda isə ikinci kitabımı çap etməyi düşünürəm. Yeni kitabım “Bir ovuc torpaq” adlanacaq. Ona görə də “Sonuncu ölən ümidlərdir”in yeni tirajını çap etmək fikrində deyilik. Ancaq gələcəkdə hər şey ola bilər.
- Sizcə, kitabınızın satılmasına daha çox nə səbəb oldu? İlk 4 min nüsxənin pulsuz paylanması, yoxsa başqa amil?
- Əlbəttə, kitabın ilk 4 min nüsxəsinin hədiyyə olunmasının da böyük rolu oldu, başqa amillərin də. Bayaq mən departamentimizin nəzdində fəaliyyət göstərən Sorğu Mərkəzinin gəldiyi nəticəni də açıqladım. Bu gün doğrudan da müasir dövrlə səsləşən roman yox idi. Baxırdıq ki, gənclərimiz daha çox Qurban Səidin “Əli və Nino”, həmçinin “Əlkimyagər”i, həmçinin Orhan Pamukun, Karneginin əsərlərini oxuyurlar. Onlar hamısı qeyd edirdi ki, çox istəyərdik müasir Azərbaycan gənclərinin həyatı ilə səsləşən roman olsun. Bu gün istənilən cəmiyyətdə olduğu kimi, Azərbaycanda da yazıçı azdır. Hər cəmiyyətdə yazıçıların sayı az, şairlərin sayı isə çox olur. Bu gün Azərbaycanda barmaqla sayılacaq dərəcədə tək-tük yazıçılarımız var. Dövrlə səsləşən, mövzusu ümumbəşəri – sevgi olan, ancaq daha çox ailə-məişət, sosial ədalətsizliyi çözən bir roman yazdım. Biz mobil bir qrup yaratdıq. Mobil qrupa piar-menecerlər, görüşləri təşkil edənlər və s. aid idi. Bizim Sumqayıt və Lənkəran şəhərləri də daxil olmaqla oxucularla 12 görüşümüz oldu. Bəzi televiziya proqramlarında kitaba müsbət münasibəti olan jurnalistlər onu özləri təbliğ etdi. Bu, bizim xahişimiz olmadan edildi. Həmçinin radioda, mətbuatda və s. yerlərdə təbliğat aparıldı. Kitabın üzərindəki “Kitab oxumağın vaxtı yetişdi” iddialı şüarının da rolu oldu. Ancaq əsas həlledici rol dövrlə səsləşən və gənclərin istədiyi mövzunu ortaya qoymağım oldu.
- Kitabın satılmasından gələn vəsait onun çap xərcini ödədimi?
- Gələn gəlir xərci ödədi. Hətta bu gün üçün gözlənilməz bir şeydə oldu ki, biz cüzi də olsa gəlir əldə etdik. Bundan sonra ölkədə kitabla gəlir götürmək ənənəsinin yaradılmasını istəyirik.
- Azərbaycanda yazıçıların az olduğunu dediniz. Bəs o az yazıçıların – həm yaşlı, həm də gənc nəslin - yazdıqlarına münasibətiniz necədir?
- Bir söz deyim. Mənə hələ uşaqlıqdan Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri güclü təsir edib. Həmçinin Elçin, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli. Mən bu şəxslərin kitabları ilə böyümüşəm. Onlar bizim nəşrin patriaxtlarıdır. Müasir yazarların, o cümlədən postmodernistlərin yazılarını da mütaliə edirəm. Seymur Baycan, Aqşin Yenisey. Münasibətim də pis deyil. Həmçinin nisbətən gənc nəsilə aid – orta nəslin nümayəndəsi də saymaq olar – Elçin Hüseynbəylini də demək olar.
Mənim kitabım uğur qazananda bir-iki yazıçı dedi ki, “besseller yazmısan”. Axı besselleri yazmırlar. Besseller ən yaxşı satılan kitaba deyirlər. Mən, sadəcə bir mövzu götürüb roman yazmışam, camaat da bunu oxuyub, qəbul edib. Bizim bəzi yazıçılar belə düşünür ki, bədii əsər ancaq elit təbəqə üçündür, ən informasiyalı, ən savadlı şəxslər üçündür. Mən isə belə düşünmürəm. Məsələn, Markesi milyonlarla insan oxuyur, dünyanın ən məşhur yazarıdır. O da elita üçün yazsın da, niyə yazmır? Mən düşünürəm ki, əgər bütün xalq o əsəri oxuyursa, deməli həmin əsər güclüdür. Bizdə bəzi yazıçılar, bəzi postmodernistləri var ki, onlar yazdıqlarını sadəcə bir ovuc insan üçün nəzərdə tuturlar, kitablarını 500 tirajla çap edirlər. Bununla da ədəbiyyata xidmət etdiklərini düşünürlər. Ancaq mən bu məsələdə bir az inqilabçılıq edərək deyirəm ki, bədii əsər xalq, kütlə üçün, hamı üçün lazımdır. Ədəbiyyat elə bir dildə olmalıdır ki, istənilən adama çatsın. Mənə 14-15 yaşlı yeniyetmədən tutmuş 85 yaşında şəxsə qədər adam yazıb. Bu yaş arası insanlar oxuyub, məni qəbul edirlərsə, bu, az şey deyil. Deməli, daha çox oxucu üçün çalışmaq, onun marağına uyğun əsər yaratmaq lazımdır.
- Yazıçı Çingiz Abdullayevin dünyanın müxtəlif dillərində milyonlarla nüsxə kitabının satıldığı bildirilir. Abdullayevi Azərbaycanda da oxuyurlar. “Kitab Klubu”nun açıqladığı son reytinqə görə Sizin romanınız Çingiz Abdullayevin əsərləri ilə müqayisədə daha çox satılır. Bunu nə ilə izah edərdiniz? Siz Azərbaycanda Çingiz Abdullayevdən çox oxucu rəğbəti qazanmısınız, yoxsa Abdullayevin ölkəmizdə populyarlığı azalıb?
- Çingiz Abdullayev təkcə Azərbaycanda deyil, dünyada Azərbaycanı ən çox tanıdan sevimli yazıçımızdır. O, bir brenddir. Abdullayev rusca yazır. Ola bilsin ki, onun əsərlərinin Azərbaycan dilinə tərcüməsi elə də yüksək səviyyədə olmur. Başqa bir səbəb isə gənclərimizin bu gün detektiv janrından daha çox sevgi mövzusunu mütaliə etməsi ola bilər. Detektiv janra maraq kütləvi olmur, bu cür əsərləri müəyyən dairələr oxuyur. Belə də ki, bizim Çingiz Abdullayevə çatmağımıza hələ çox var (gülür). Biz onu qəbul edir və sevirik.
- Əsərlərinizin başqa dillərdə tərcümə perspektivi barədə düşünürsünüzmü?
- Türkiyədə kitabıma olan maraqdan xəbərim var. Ona görə də yaxın vaxtlarda türk, həmçinin rus dillərinə tərcümə haqqında düşünürəm. Ancaq daha çox ikinci kitabımın tərcümə olunmasın istəyirəm. Çünki orada vətənpərvərlik də var, mafiyaların mübarizəsi və s. Oxucularımı əmin edirəm ki, ikinci kitab birincidən daha maraqlı olacaq.
- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüzmü?
- Sözün düzü Birliyə üzv olmaq üçün sənədlərimi birinci kitabım çap olunandan sonra verdim. Hazırda Yazıçılar Birliyinin üzvü deyiləm. Yəqin ki, bu məsələyə yaxın vaxtlarda baxılacaq.
- Bəzi bəzi gənc yazarların üzvlüyünə namizəd olduğunuz Yazıçılar Birliyinin sədrinə qarşı çıxmasını, onu tənqid etməsini necə qarşılayırsınız?
- Mən buna sırf vətəndaş mövqeyindən cavab vermək istəyirəm. Yazıçılar Birliyinin üzvü deyiləm ki, yarınmaq üçün deyim. Anar doğrudan da böyük yazıçıdır. O, doğrudan da ədəbiyyat naminə nəsə edib. Ola bilər ki, Anarın indiki fəaliyyəti bəyənilməsin ki, o, daha yazıb-yaratmır. İndi yazanda da ancaq memuar yazır. Daha çox vaxtını təşkilatçılıq işlərinə sərf edir. Bu təşkilatçılıq işlərini başqa adam edər, Anar da öz növbəsində bu illər ərzində Azərbaycan xalqına yeni bir şedevr əsər verə bilərdi. Ancaq Anar yeri əsər vermir, başı inzibati işlərə qarışıb. Ona görə də mən də bir oxucu kimi Anar müəllimdən narazılığımı bildirirəm ki, Siz Azərbaycan xalqı üçü yenə nə isə verin. Çünki Anar nə yazırsa tarixdə qalır. Məsələn, onun “Mən, sən, o və telefon” adlı hekayəsini Sovetlər dönəmində elə yazıçılar var ki, 50 cild əsərinə dəyişmərəm. Anar zirvədir, bu səbəbdən də ona daş atmaq düzgün deyil. Ola bilsin, Anar müəllim də nəyisə səhv edir, gənclərə qarşı... Mən biləni Yazıçılar Birliyi ilə bir dəstə insan müharibə aparır. Anara da onlar daş atır. Mən onları dəstəkləmirəm. Anara bu səviyyədə hücumlar etmək əsassızdır.
- Son olaraq, yazıçıya yazmaq üçün nə lazımdır? Xüsusən pul, lazımdırmı?
- Bu gün Azərbaycanda ədəbiyyat gəlir gətirməyən sahədir və yazıçı da ədəbiyyatdan qazanmır. Elə yazıçı var səfil həyat tərzi keçirib, həmin yazıçıya yalnız kitabının çap olunması üçün pul lazımdır. Elə yazıçı da var kifayət qədər təmin olunub. Məncə pul insana yalnız yaşamaq – ən azından minimum tələbatları ödəmək üçün lazımdır. Yazıçı isə o qədər də imkanlı olmamalıdır...
Pərvin ABBASOV
[email protected]

2961