Eldar Mansurov: “Özəl telekanallar mahnı janrını bərbad hala salıb”
Tanınmış bəstəkardan sərt ittihamlar
“Özəl telekanalların yaranması mahnı janrını bərbad hala salıb. Mədəniyyət və Turizm Nazirliyinə və Bəstəkarlar İttifaqına bu vəziyyəti normallaşdırmaq üçün müəyyən səlahiyyətlər verilməlidir”. Lent.az-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, bu fikri Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclasında ittifaqin katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov deyib: “Baxmayaraq ki, mahnı janrı digərlərindən çox irəli gedib, lakin ən ağır vəziyyət də elə mahnı janrındadır. Biz bir dəfə bununla bağlı yığıncaq keçirdik, özəl telekanallara müraciətlər göndərdik. Nazirliklə birlikdə bədii şura yaratmalıyıq. Lakin bu gün bədii şuraların əleyhinə olanlar da çoxdur”.
Eldar Mansurov telekanalların musiqi redaksiyalarına musiqidən xəbəri olmayanların rəhbərlik etdiyini iddia edib.
Lalə Yusifqızı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23