Azərbaycanda ən çox hansı kitab alınır? - REYTİNQ
22 iyun 2009 11:15 (UTC +04:00)

Azərbaycanda ən çox hansı kitab alınır? - REYTİNQ

“Kitab Klubu” növbəti reytinqi açıqladı

Ölkədə kitabın təbliğatı ilə məşğul olan və kitab reytinqlərini hazırlayan yeganə qurum olan “Kitab klubu” növbəti reytinqi – “Ən çox alınan kitabların reytinq cədvəli”ni təqdim edib. Satış nöqtələrindən ən çox satılan və soruşulan kitabların sayı əsasında hazırlanmış reytinqə ənənəvi olaraq 30 kitab daxil edilib.

Kitabların böyük əksəriyyətini texniki, siyasi, iqtisadi ədəbiyyat, dərsliklər və lüğət təşkil edir. Bədii ədəbiyyat nümunələri arasında ən çox oxunan azərbaycanlı yazıçının kitabı Varisin “Sonuncu ölən ümidlərdir” kitabıdır.

Ümumilikdə isə reytinq belədir:

1. Paulo Coelho, "Əlkimyagər"
2. Sultan Məmmədov, "Masonluq: dünyanı idarə edən qüvvə"
3. Osman Gündüz, "İnternet. Azərbaycan internet resursları" (2008)
4. Mirzə Ənsərli (Ləmbəli), “Türkiyədə sionistlərin fəaliyyəti”
5. Varis, "Sonuncu ölən ümidlərdir"
6. Osman Gündüz, "Kompüter. İnformasiya texnologiyasının əsasları"
7. Jack Harvey, Ernie Jowsey, "Müasir ekonomiks" (8-ci nəşr – Azərbaycan dilində)
8. Çingiz Abdullayev, "Quba kapriççiosu"
9. Minaxanım Təkləli, “Türk əsilli ruslar” I kitab
10. N.Qreqori Mənkyu, "Ekonomiksin əsasları"
11. T.M. Xudazarov, “İngilis dilinin qısa kursu"
12. Rəşad Nuri Güntəkin, “Yarpaq tökümü”
13. Teyyub Qurban, "Düşmənlərindən güclü şəxsiyyət"
14. Əlizadə M.,Qurbanov B., Balayev R., “AutoCAD 2007” (dərs vəsaiti)
15. Rafiq Məmmədli, “ICQ – Mən Səni Axtarıram. ICQ ilə dost tap, söhbət elə və əylən”
16. Çingiz Abdullayev, “Payız madriqalı” (tərc.: T.Muxtarova)
17. Fərəh Pəhləvi, “Xatirələr” (Yıxılan rejimin və bitməyən eşqin hekayəti)
18. Boqomolova, "Məntiq məsələləri"
19. Müəllif kollektivi, "Politologiya"
20. Cürci Zeydan, "Kərbəla"
21. Rafiq Babayev, “Min bir mahnı”
22. Çingiz Abdullayev, "Xammurapi məcəlləsi"
23. "Foreks. Maliyyə bazarının əlifbası"
24. Kurt David, "Çingizxan"
25. Deyl Karnegi, “Dostu necə qazanmalı və insanlara necə təsir etməli” (tərc.: A.Hacıyev)
26. Vahid Məmmədli, "Tunc mələk"
27. Karl Yaspers, "Tarixin mənası və təyinatı"
28. Mövlana Cələddin Rumi, "Eşq pərvanəsi"
29. Osman Gündüz, "Jurnalistlər üçün informasiya texnologiyaları"
30. Tərt.: Rafiq Məmmədli, "Azərbaycan dilində işlənən ərəb fars sözlərinin qısa lüğəti"
(Mənbə: Kitabklubu.org.reytinq)

Onu da qeyd edək ki, ötən ilin noyabr ayında rekord tirajla – 10000 nüsxə çap olunan Varisin “Sonuncu ölən ümidlərdir” romanı büsbütün satılıb qurtarıb.

Buna görə də “Literpress” nəşr evində roman 1000 nüsxə ilə təkrar çap olunub.

Sentyabr ayında isə Varis “Bir ovuc torpaq” adlı ikinci kitabını ədəbiyyatsevərlərə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3665

Oxşar yazılar