Bəstəkarlar İttifaqı müsabiqə keçirir
Müsabiqə təşkilatın 75 illiyi münasibətilə elan olunub
Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkilatın yaranmasının 75 illiyinə həsr olunmuş müsabiqə elan edib. Müsabiqə böyük simfonik orkestr üçün ən yaxşı bayramsayağı konsert pyesinin və ya uvertürasının (səslənmə müddəti 7-9 dəq.) yazılmasını nəzərdə tutur. Bu barədə Lent.az-a məlumat Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilib. Müsabiqənin yeganə qalibinin adı 2009-cu il noyabrın 17-də Bəstəkarlar Ittifaqının 75 illiyinə həsr olunmuş musiqi festivalının Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yekun konsertində elan ediləcək və ilk ifası olacaq.
Qalibə 2000 manat həcmində pul mükafatı təqdim ediləcək. Müsabiqənin şərtlərinə görə, burada 18-35 yaş həddində olan bəstəkarlar iştirak edə bilərlər.
Lalə Yusifqızı

Oxşar yazılar

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23
Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR
20 aprel 2025 , 11:07
Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30