Xanəndə Zabit Nəbizadə Mərakeşdə konsert verib
Muğam ustası, əməkdar artist Zabit Nəbizadə Mərakeşdə keçirilən milli musiqilərin beynəlxalq festivalında Azərbaycanı təmsil etmək üçün bu ölkədə səfərdə olub.
Bu barədə Lent.az-a xanəndənin özü məlumat verib. İyunun 5-də 6 günlük səfərdən dönən əməkdar artistin sözlərinə görə, Fes şəhərində baş tutan 2 saatlıq konsert proqramında bir dəstgah və təsniflərlə tamaşaçılar önünə çıxıb. Fransa, Almaniya və Avropanın bir çox sənətçi-tədqiqatçıların qatıldığı festivalda Zabit Nəbizadəni tarda Rövşən Qurbanov, kamançada isə Xəyyam Məmmədov müşayiət edib.
Qeyd edək ki, səfər xanəndənin Fransada yaşayan meneceri Murat Gümüşqayanın təşkilatçılığı ilə gerçəkləşib.
Lalə Yusifqızı

Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52