Bakıda Almaniyalı rəssamların sərgisi açılıb
Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Azərbaycanda Almaniya mədəniyyət günləri” çərçivəsində sərgi keçirilib. Lent.az-ın məlumatına görə, sərgidə Almaniyanın məşhur rəssamları Ute Fober, Suzan Knak, Vera Krihan, Monika Ortman, Sajin Şnayder, Hans Stoun, Tene Ştrenerin əsərləri nümayiş etdirilib.
Tədbirdə Almaniyanın Berlin şəhərindəki İncəsənət Universitetinin prezidenti professor, doktor Renerts, mədəniyyət və turizm nazirinin müavni Ədalət Vəliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da iştirak edib.
Rəssamlıq Akademiyasının rektor müavini Səlhab Məmmədov cənab Renertsini gəlişini nə az, nə çox, düz iki ildən bəri gözlədiklərini deyib. Rektor müavini qonaqların akdemiyaya özləri ilə bərabər qrafika fakültəsinin tələbələri üçün vəsait gətirdiklərini məlumat verib.
Martin Renerts Bakıda olmaqdan duyduğu məmnunluğu ifadə edib: “Güman edirəm ki, artıq bundan sonra məni daha iki il gözləməyəcəksiniz. Azərbaycanın mədəniyyəti ilə ilə yaxşı tanış olmaq üçün bir gün əvvəl gəlmişəm”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov qonağa öz təşəkkürünü bildirib, tədbir və gələn qonaqlar barəsinə qısa məlumat verib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də bu səpkidə çıxış edərək iki ölkə arasında əməkdaşlığın möhkəm olmasında Almaniyanın Azərbaycandakı səfirinin xüsusi rolu olduğunu diqqətə çatdırıb.
Almaniyanın səfiri Pyer Stankino bu tədbirin vacibliyini qeyd edib. Sonda iştirakçılar sərgiyə tamaşa ediblər.
Lalə Yusifqızı

Oxşar yazılar

Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30
Mənim üçün yarım milyon kino pulu deyil - Rejissor Elxan Cəfərov
18 aprel 2025 , 14:54
Əməkdar artist Vahid Əliyev xəstəxanaya düşdü
18 aprel 2025 , 12:07
Konfutsidən dostluqla bağlı 7 sitat
18 aprel 2025 , 09:23
Ağır bir günün ardından izlənməli 6 film - VİDEO
17 aprel 2025 , 14:26
Əfsanə sənətkarın həyatı ekranlaşdırılır... Adile Naşiti o canlandıracaq!
16 aprel 2025 , 11:45