Muğam Teatrı 20 yaşını qeyd edəcək
Azərbaycan Dövlət Muğam Teatrının 20 illik yubileyi keçiriləcək. Bu barədə Lent.az-a teatrın direktoru, xalq artisti Arif Qazıyev məlumat verib. Onun sözlərinə görə, yubiley mayın 26-da Heydər Əliyev adına Respublika sarayında baş tutacaq. A.Qazıyev həmçinin onu da qeyd edib ki, yubiley ilə əlaqədar möhtəşəm konsert proqramı təşkil olunacaq. Konsert proqramında xalq artistləri Faiq Ağayev, Brilyant Dadaşova, Aygün Kazımova, Aygün Bayramova, Zülfiyyə Xanbabayeva, “Bu şəhərdə”nin üzvləri Rafael İsgəndərov, Coşqun Rəhimov və başqalarının iştirakı gözlənilir.
Yubiley tədbirində Arif Qazıyev teatrın yaranma tarixi və fəaliyyəti haqqında danışacaq. Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin və tanınmış incəsənət xadimlərinin də iştirakı nəzərdə tutulur.
Kimyə Rüstəmova

1706