
18 may - Beynəlxalq Muzeylər günü qeyd olunub
18 may- Beynəlxalq muzeylər günü münasibəti ilə bu gün Bakıda dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyində tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov giriş sözü söyləyərək muzeyin yaranma tarixi, fəaliyyəti və strukturu haqqında məlumat verib. Daha sonra Şuşa Mədəni Maarif Kollecinin tələbələri Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Arşin mal alan”, “Birinci fantaziya”, “İkinci fantaziya” kimi əsərlərini ifa ediblər. Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Şuşa Mədəni Maarif Kollecinin müəllim və şagird heyyəti, digər muzeylərin nümayyəndələri iştirak ediblər. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiya zalları ilə tanış olublar.
Kimyə Rüstəmova
Kimyə Rüstəmova
Oxşar yazılar

Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30
Mənim üçün yarım milyon kino pulu deyil - Rejissor Elxan Cəfərov
18 aprel 2025 , 14:54
Əməkdar artist Vahid Əliyev xəstəxanaya düşdü
18 aprel 2025 , 12:07
Konfutsidən dostluqla bağlı 7 sitat
18 aprel 2025 , 09:23
Ağır bir günün ardından izlənməli 6 film - VİDEO
17 aprel 2025 , 14:26
Əfsanə sənətkarın həyatı ekranlaşdırılır... Adile Naşiti o canlandıracaq!
16 aprel 2025 , 11:45