“40-cı qapı” iki məşhur film festivalına dəvət alıb
Festivallarda rejissorla bərabər filmin prodüseri də iştirak edəcək
Azərbaycanda çəkilən “40-cı qapı” filmi iyun ayında Şanxay, iyulda isə Karlovi-Varı Beynəlxalq Film festivallarında iştirak edəcək. Bu barədə Lent.az-a filmin prodüseri, “Ritm production”un direktoru Xaqani Savalanın məlumat verib.
Festivallarda rejissorla bərabər filmin prodüseri də iştirak edəcək. Xaqani Savalanın dediyinə görə, bu festivallar A kateqoriyalıdır, dünyanın hər yerindən prodüserlər, distributorlar iştirak edirlər: “Onlarla görüşmək, fikir mübadiləsi, onların iş prinsiplərini öyrənmək, ümumilikdə bu sahə haqqında ətraflı məlumatlar, təcrübə toplamaq bu gün bizim üçün – Azərbaycanda yeni formalaşmaqda olan prodüser şirkətləri üçün çox önəmlidir”.
Qeyd edək ki, film aprel ayında 42-ci Beynəlxalq Hyuston Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata (GOLD REMI AWARD .Foreign) layiq görülüb. Festivalın nəticələri 26 aprel 2009-cu ildə açıqlanıb.
“40-cı qapı” bədii filmi dövlət sifarişi ilə “Ritm production”da çəkilib. Filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və b. çəkiliblər.

Oxşar yazılar

Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35