Azərbaycanda I Universitetlərarası teatr festivalı keçiriləcək
13 may 2009 15:45 (UTC +04:00)

Azərbaycanda I Universitetlərarası teatr festivalı keçiriləcək

Festival Azərbaycan Dillər Universitetində baş tutacaq

Azərbaycan Dillər Universitetində (ADU) mayın 15-də ölkədə ilk dəfə olaraq Universitetlərarası Teatr festivalı start götürəcək. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin koordinatoru ADU-nun Teatr klubunun rəhbəri Rasim Aşındır. “Biz həvəskarıq” adı altında keçiriləcək festival Azərbaycan Dillər Universitetinin 3 saylı tədris binasında təşkil olunacaq. Festival gənclərdə teatra maraq oyatmaq məqsədini daşıyır.
Teatr festivalında Azərbaycan Dillər Universitetinin Teatr klubu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Poeziya” və “Performans” teatr klubları, Bakı Slavyan Universitetinin “Tələbə” Teleradio Studiyası və Azərbaycan Qafqaz Universitetinin Teatr klubunun üzvlərinin hazırladıqları tamaşaları nümayiş etdirəcəklər.
Festivalda mayın 15-i (saat 13.30-dan 17.30-dək) Azərbaycan Qafqaz Universiteti “Xurşudbanu Natəvan”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Poeziya” Teatr klubu “Eşq-i süqut”, “Performans” Teatr klubu isə “Adəmin oyunları”, ayın 16-sı (saat 13.30-da) Azərbaycan Dillər Universitetinin Teatr klubunun üzvləri “Özümüz” tamaşası və Bakı Slavyan Universitetinin “Tələbə” Teleradio Studiyasının “Tamah” adlı tamaşası (saat 15.30-da) göstəriləcək.
Xatırladaq ki, ADU-nun Teatr klubu aprelin 23-dən 30-dək Antalyanın Akdeniz və İstanbulun Fatih Universitetlərində Beynəlxalq Teatr festivalında iştirak ediblər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1553

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34