Firəngiz Mütəllimovanın səhhətində problem yaranıb
Yaranan problemlər səbəbindən aktrisa bu gün səhər Respublika Klinik Xəstəxanasına gedib və müayinə olunub. Bu faktı APA-ya təqsdiqləyən xalq artisti Firəngiz Mütəllimova deyib ki, bu gün səhər güclü baş gicəllənmə problemi yaşayıb: “Elə baş giccələnmə səbəbindən xəstəxanaya getdim, müayinə olundum. Bildirdilər ki, bütün bunların əsasında əsəb dayanır. Həkimlər məsləhət gördülər ki, havada çox gəzib, oksigen qəbul etmək lazımdır. Əsəblərimin gərilmiş olması səbəbindən yaranan problemlərdən biridir”.
F. Mütəllimova bildirib ki, xəstəxanada onun səhhətindəki problemləri araşdırmaq məqsədi ilə başını tomoqrafiya ediblər: “Şükür Allaha ki təzyiqim yoxdur. Ciddi şəkildə tapşırıldı ki, əsəbləşmək olmaz və havada gəzmək lazımdır. Teatrda baş verən hər hadisə bizim səhhətimizə təsir edir, əsəblərimizə toxunur. Biz istəsək də, istəməsək də baş verənlər bunun nəticəsidir”. Aktrisa onu da bildirib ki, ona əsəbiləşmək qadağan olunduğu üçün teatrla bağlı danışmaq niyyətində deyil.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27