“Pələng ili” təqdim olunacaq –
11 dekabr 2012 16:30 (UTC +04:00)

“Pələng ili” təqdim olunacaq –

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı əsəri əsasında hazırlanan “Pələng ili” iki hissəli dramın quruluşçu rejissoru Ağalar İdrisoğludur. Quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rəqslərin quruluşu və plastika Vüsal Mehrəliyevə məxsusdur.

Yeni səhnə əsərində rolları xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Elşən Rüstəmov, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Sabir Məlikov, Məhərrəm Musayev, Ədalət Əbdülsəməd, Nuriyyə Əliyeva, Gülbəniz Mustafayeva, Mehriban Abdullayeva, İlqarə Tosova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Vüsal Mehrəliyev, Anar Səfiyev, Rasim Cəfərov canlandıracaqlar.

İllər sonra fərqli mühit və cəmiyyətdə qarşılaşan üç dost və həyat yoldaşlarının başına gələn hadisələr meşədə vaqe olur. Səmimi, şən bir abu-hava ilə başlayıb, yaltaqlıq və şəxsi mənafeyi güdmək istiqamətində irəliləyən hadisələr ayrı-ayrı xarakterlərin daxili aləmini, iç üzünü sərgiləyir. Vəhşi pələngin meşədə peyda olması isə mövcud gərginliyi daha da artırır...

Məlumat üçün bildirək ki, premyera dekabr ayının 13-də saat 18.00da nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2829

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37