Əməkdar artistimiz diqqətsizlikdən şikayətləndi - FOTO
Əməkdar artist Gülnar Salmanova müalicəsinin növbəti mərhələsindədir. Aktrisa Lent.az-a açıqlamasında ona diqqətin və qayğının az olduğundan şikayət edib: “Mən illərdir bu sənətdəyəm. Ancaq mənə qarşı olan münasibət, qayğı məni qane etmir. Səhhətimdəki problemlərə görə sənətdən uzaq düşmüşəm. Hal-hazırda müalicəmin növbəti mərhələsindəyəm, həkim nəzarətindəyəm. Sizinlə danışandan dərhal sonra müalicə almaq üçün xəstəxanaya gedəcəyəm”.
Aktrisa deyib ki, səhhətində olan problemlər onu hər kəsdən uzaq salıb: “Telekanallardan və saytlardan telefon zəngləri gəlir ki, Gülnar xanım sizinlə müsahibə götürmək istəyirik. Mən müsahibə vermək istəmirəm. Səbəbi isə budur ki, mən xəstəyəm. Müalicəmi aldıqdan sonra, hər kəs məni yenidən iş başında görəcək”.
Qeyd edək ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir ədaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və bu kimi başqa obrazları ilə tanınıb.
Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.
Yalçın Süleymanov

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37