
“Rafiq Tağı öldü, gəlin müsahibə verin...”
Rafiq Tağı öldü...
Rafiq Tağı öldü, gəlin müsahibə verin,
Əlinizə imkan düşüb, maraqlı xatirələr danışın...
Şərif Ağayar desin ki,
Rafiq Tağı mənim hekayələrimi oxuyanda ağlayırdı....
Yubanan olmasın, Azadlıq Radiosu veriliş hazırlayır,
Çıxış edərkən orda, nə olar, qalın geyinməyin -
Rafiq Tağının oğlu baxar sizə,
Ağlar...
Rafiq Tağı öldü,
niyə ekranda siz yekə görünürsünüz,
Dostu ölənə oxşamırsınız...
Burnu yekə, başı yekə, başının tükü kəndir görünürsünüz,
Axı siz Rafiq Tağını necə sevə bilərsiniz...
Rafiq Tağı haqqında danışan gərək qarışqa boyda olsun,
Özü də ora-bura qaçsın
Üşüsün,
Yuvasını axtarırmış kimi
Yuvasını tapmamış kimi...
Rafiq Tağı öldü,
İlahi... siz nə gözəl danışırsınız
Elə bil uzun müddət məşq eləmisiniz...
Mən sizdən şübhələnirəm, məndən qaçın,
Deyəsən siz demokrat olmaq istəyirsiniz...
Xəbər verin deputatlar gəlsin,
Kameralar hazırdı...
Yeddi divar o üzə
Rafiq Tağının qızı
“Ata, ata...” yazırdı
göz yaşıyla yanaqlarına.
Siz Allah, güldürməyin o qızı...
Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55