“Həsən bəy Zərdabi bütün türk dünyasının ziyalısıdır” - FOTO
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, Zərdabi Azərbaycanın ən böyük ziyalılarındandır: “Böyük ziyalı Həsən bəy Zərdabi nəinki ölkəmizdə, eləcə də bütün türk dünyasında böyük iftixar hissi ilə yad edilir. Bu gün təqdimatı keçirilən kitabın müəllifi, Mərmərə Universitetinin müəllimi, doktor Okan Yeşilot Türkiyədə Zərdabi irsinin araşdırıcılarındandır”. E. Eyvazlının sözlərinə görə, O. Yeşilotun müəllifi olduğu “Həsən Məlikzadə Zərdabi və Əkinçi qəzeti” kitabı Türk dünyasının Zərdabiyə bir ehtiramıdır.
Daha sonra çıxış edən O. Yeşilot tədbirin təşkilatçısı E. Eyvazlıya minnətdarlığını bildirib. “Zərdabi bütün türk dünyasının ortaq ziyalısıdır. Onun həyat və fəaliyyəti bir örnəkdir. Mən Zərdabi haqqında kitab yazmamışdan öncə onun haqqında bütün mənbələri araşdırdım. “Həsən Məlikzadə Zərdabinin həyat və fəaliyyətləri” adlı dissertasiya yazaraq doktor oldum. Bir ziyalı olaraq bununla qürur duyuram” - deyə, türkiyəli qonaq əlavə edib.
Tədbirdə millət vəkilləri Məlahət İbrahimqızı, Musa Quliyev və Jalə Əliyeva çıxış edərək O. Yeşilot və eyni zamanda, kitab haqqında fikirlərini bildiriblər.
Anar Məcidzadə

Oxşar yazılar

Sizi ekrana bağlayacaq 7 detektiv film - VİDEO
7 may 2025 , 15:50
“Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım” – Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
7 may 2025 , 14:12
Alətləri tərəvəzdən olan orkestr Rekordlar Kitabına düşdü
6 may 2025 , 15:48
Aktyor Vahid Əliyevin vəziyyəti yenidən pisləşdi
6 may 2025 , 13:42
Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film
5 may 2025 , 16:51
Hollivud batmaq üzrədir...
5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI
5 may 2025 , 13:43