Türkiyənin populyar teleproqramı Qəbələdə çəkiləcək
Türkiyənin TRT-1 telekanalında yayımlanan “Gəzəlim Görəlim” proqramının çəkiliş qrupu Azərbaycana gəlir. Lent.az-ın məlumatına görə, təcrübəli prodüser Nuray Yılmazın aparıcılığı ilə yayımlanan “Gəzəlim Görəlim” proqramının çəkiliş heyəti 24 oktyabrda Azərbaycanın turizm şəhəri olan Qəbələdə çəkilişlərə başlayacaq.
Türkiyədə ən çox baxılan televiziya proqramları arasında xüsusi yeri olan proqramda Qəbələnin bütün gözəllikləri lentə alınacaq.
TRT-nin Bakı təmsilçiliyi Yüksəl Dəyərcan bildirib ki, çəkiliş qrupu daha sonra Şəki şəhərinə gedərək, orada da bir veriliş hazırlayacaq.
Dəyərcan bildirib ki, 7 oktyabrda TRT-1 in efirində yayımlanan “Bekir Develi ile keşif zamanı” adlı proqramda Bakının gəzməli-görməli yerlərindən veriliş təqdim olunacaq.
Bakı vaxtı ilə saat 15:25-də efirə gedəcək bu proqram 7 bölümdən ibarət olacaq. Verilişdə Azərbaycanın gözəllikləri ilə bərabər ədəbiyyatı, mədəniyyəti və sənəti TRT vasitəsi ilə dünyaya çatdırılacaq.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06