İskəndər Pala “güllələnmiş heykəllər”i ziyarət etdi
Bakıda səfərdə olan məşhur türk yazıçısı və ədəbiyyatşünas alim İskəndər Pala Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi və Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş “güllələnmiş heykəllər” kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykəlləri ziyarət edib. Abidə və heykəllər qarşısına gül qoyan Türkiyəli yazıçıya 20 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verilib.
Millət vəkili Qənirə Paşayeva Bülbül, Natəvan və Üzeyir bəy Hacıbəylinin heykəllərinin Bakıya gətirilməsi hadisəsi barədə qonağa məlumat verərək, Azərbaycanda dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısının adı ilə bağlı “Üzeyir günləri“nin başlandığını da qeyd edib.
Qeyd edək ki, İskəndər Pala Bakıya Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə gəlib.

Oxşar yazılar

Sizə motivasiya verəcək 7 film - VİDEO
7 aprel 2025 , 14:12
"Qız nədir, aktrisalıq nədir?" - Həsənağa Turabovun qızı
7 aprel 2025 , 11:38
Bakı Konqres Mərkəzində problem-Tədbirlər dayandırıldı
6 aprel 2025 , 12:49
Azərbaycanın "Avroviziya 2025" təmsilçisinin ilk canlı çıxışı oldu
6 aprel 2025 , 11:46
Müslüm Maqomayevin mahnısına görə yeməkxanada QALMAQAL
4 aprel 2025 , 19:23
Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarıldı - Yeni TƏYİNAT
4 aprel 2025 , 17:59Gənclik və qocalıqla bağlı 20 aforizm
3 aprel 2025 , 18:17