Məryəm Əlizadə: “Danışdıqlarımı yuxarılara çatdıran rəfiqəm indi çox məşhur adamdı...” – SÖHBƏT
Qonaq: Məryəm Əlizadə
Qarşılayan: Günel Mövlud
Budəfəki qonağım mənim üçün sıradan adam deyil. Kurs rəhbərim, mənə və yüzlərlə gəncə təkcə teatr sənətinin mahiyyətini deyil, həm də həyatda bir çox şeylərin mahiyyətini, dərinliklərini öyrədib. Əksəriyyəti əyalətdən gəlmiş kompleksli gənclərə münasibətlərdə azad, rahat olmağı öyrədib, oxuduğumuz kitabları seçməyi, ciddi sözlə boş söhbətlərin fərqini izah edib. Bir sözlə, həyatın əlifbasından həyatın kitabına necə keçməyi öyrədib.
Lent.az-ın qonağım teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.
Səhər yeməyinə mən onu tanıyandan bəri gördüyüm qüsursuz zövqlə geyinib, hazırlaşıb gəlmişdi – seçdiyi rənglərə, üzünün təravətinə, səliqəsinə baxanda adamın ürəyi açılırdı.
Ofisiant qıza sifarişlərini mehribanlıqla sadaladı, mənimlə söhbət eləməyi çoxdan istədiyini vurğuladı, hətta onunla başqa qonaqlar kimi çəkinmədən danışmağı məsləhət gördü.
Söhbətə isə onun teatr tənqidçiliyi kimi populizmdən uzaq olan, kütləvi şöhrət gətirməyən bir sənətə meylindən başladıq.
- Doqquzuncu sinifdə oxuyurdum. Qəfildən televizorda bir söhbət diqqətimi cəlb elədi. Bir kişi özünün Vatikan səfərindən danışırdı. O elə heyranlıqla, elə aludəliklə danışırdı ki, mənə elə gəldi, o adam əlimdən tutub, danışdığı yerlərdə gəzdirdi. Sonra baxdım ki, titrlərdə yazıldı: Cəfər Cəfərov – teatrşünas. O vaxta qədər mən teatrı sevirdim. Həmin dövrdə ailəvi, uşaqlarla birlikdə tamaşalara getmək ziyalılığın göstəricisi idi. Hər şənbə-bazar insanlar teatra gedirdilər. Bu, mədəni həyatın bir tələbi idi. Bizim ailə də bu ailələrdən biri idi. Amma teatrı nə qədər sevsəm də, teatrşünaslığın nə olduğu barədə heç bir təsəvvürüm yox idi. Böyük qardaşım, professor Əbdül Əlizadədən Cəfər Cəfərovun kim olduğunu soruşdum. Dedi ki, o çox böyük şəxsiyyətdir. Və onunla maraqlandığımı görüb, mənə onun kitablarını, teatrşünaslıq barədə materiallar tapıb gətirdi. İndi də içimdə ona qarşı böyük bir minnətdarlıq hissi var ki, o məni bu dünya ilə tanış elədi. Doqquzuncu sinfi bitirəndə mən artıq bilirdim ki, teatrşünas olacağam. Amma atamla anam həkim olmağımı istəyirdi. Qardaşım mənə arxa oldu: dedi ki, onun həvəsi teatrşünaslığadı, qoyun bu işin dalınca getsin. Orta məktəbi qızıl medalla bitirdim. İstədiyim universitetə imtahan vermədən gedib oxuya bilərdim. Əlimdə tibb, hüquq kimi fakültələrdə oxumaq imkanı vardı. Mənsə ancaq teatrşünas olmaq istəyirdim. Beləliklə, 1968-ci ildə Teatr İnstitutuna qəbul olundum.
- Ötən əsrin 68-ci ili olduqca maraqlı, mədəniyyət, etiraz hadisələri ilə dolu il olub. O illərdəki tələbəlik həyatı necə idi?
- Mən instituta girəndə qəfildən mənə elə gəldi ki, mən mədəniyyət okeanına düşmüşəm. Həmin dövrdə kimlər yox idi orada? Rza Təhmasib, Turan Cavid, Mehdi Məmmədov, Tofiq Kazımov, Cəfər Cəfərov, bir sözlə, hərəsi bir dünya olan dahilər dərs deyirdi. Bu adamlarla təmas məni daxilən çox zənginləşdirdi, formalaşdırdı. Mən o vaxta qədər azərbaycandilli məktəbdə oxumuşdum. Məktəbdə müəllimlə şagird arasında az qala uçurum vardı. institutda isə pedaqoqla tələbə arasında elə bir azadlıq gördüm ki, mən ilk dəfə münasibətlərdə azadlıq nədi, bunu anladım. O böyük insanlar tələbələri özlərinə elə yaxın buraxırdılar, onlara münasibətlərdə elə azad olmağı öyrədirdilər ki, mən heyran qalırdım. Mən dördüncü kursda oxuyanda bizə Cəfər Cəfərov dərs deməyə başladı. Həmin vaxt başa düşdüm ki, mən hələ nə qədər ibtidai qatda imişəm. Onunla bir saatlıq söhbət, bir kitabı oxumağa bərabər idi. O bizə azad düşünməyi, sözünü azad deməyi, fikirlərini azad ifadə eləməyi öyrətdi. O bizə öyrətdi ki, insan ilk növbədə subyektiv düşünməyi bacarmalıdır. Mühakimələrini ələməli, sonda obyektiv qərara gəlməlidir. Nəhayət, o bizə sevməyi öyrətdi. Deyirdi ki, siz müəllifi, aktyorları sevmədən yaza bilməzsiniz. Onlara heyran olmaq lazımdı. Tənqid edəndə belə, bu tənqidin kökündə sevgi durursa, sizi anlayacaqlar. Cəfər müəllimin o vaxt içimə atdığı o sevgi toxumu bu gün də artmaqda davam eləyir. Mən bu gün də tələbələrimə öyrədirəm ki, teatrşünas teatr barədə hökmlər verən adam deyil. O teatra, aktyora, dramaturqa, rejissora xidmət edən adamdır.
- O illər həm də fərqli kumirlər dövrü idi. Latın Amerikasında Çe Gevara, Avropada Con Lennon... bəs o dövrün sovet gəncliyinin kumirləri kimlər idi?
- Açığı, nə mən, nə də çevrəm kütləvi kumirlərə meylli deyildik. Təbii ki, bizim də romantikamız vardı, biz sovet dissidentlərini oxumağa çalışırdıq, Vısotskiyə qulaq asırdıq. Vısotskinin də yaradıcılığı etirazçı idi axı. Qadağan olunmuş ədəbiyyat tapıb oxuyurduq. Amma kütləvi kumirlərimiz, etirazlarımız yox idi.
- Maraqlıdır, o kitabları necə əldə eləyirdiniz?
- Bizim gözəl yazıçımız Afaq Məsudun qardaşı Eyvaz ailələrindəki hər kəs kimi, olduqca savadlı, maraqlı, həvəsli bir adam idi. Qadağan olunmuş kitabları bizə o tapırdı. Əvvəl özü oxuyurdu, sonra bizə oxumağa verirdi.
- İlk sərt tənqid elədiyiniz kim olub?
- Cavanlığımızda Mərahim Fərzəlibəyov Akademik Milli Dram Teatrında Şekspirin «Maqbet» tamaşasını qoymuşdu. Baş rolları Hökumə Qurbanova ilə Məlik Dadaşov ifa edirdi. Mən həmişə Hökumə Qurbanovanın heyranı olmuşam. Amma tamaşaya baxanda hiss elədim ki, bu böyük aktrisanı belə aciz görmək istəmirəm. Demək olmaz ki, pis oynayırdı, amma tamaşanın traktovkası onluq deyildi, özü də artıq çox yaşlı idi. O cür böyük aktrisanın səhnədə elə vəziyyətə salınması mənə ağır gəldi. Bunu da qeyd eləyim ki, Hökumə Qurbanovanın qızı Vəfa Fətullayeva ilə mən o vaxtdan rəfiqə idim, biz ailəvi dost idik. Bir sözlə, tamaşanı da, aktyorların oyununu da bəyənmədim. Gəldim, çox səmimi bir yazı yazdım. Bərk tənqid elədim. Yazı «Bakı» qəzetində çıxdı. O vaxt həmin qəzetin baş redaktoru çox nəhəng şəxsiyyət, müəllimlər müəllimi Nəsir İmanquliyev idi. Nə qədər tənqidi yazılar versəm də, Nəsir müəllim mənim bütün yazılarımı çap eləyirdi. Bu yazını da çap elədi. Sonra eşitdim ki, Məlik Dadaşov gedib Mərkəzi Komitəyə məndən şikayət eləyib. Amma özü də bilməyib ki, bununla həm də məni tanıtmış olub. Ondan sonra teatrla bağlı nə tədbir olsa, obyektiv tənqid lazım olsa mütləq məni çağırırdılar.
- Eşitmişəm ki, bir dəfə hansısa tədbirdə bərk tənqid elədiyiniz üçün Həsən Turabov sizinlə dava eləməyə qalxıb, amma onu saxlayıblar. Belə bir şey olub?
- Olub, amma o adam Həsən Turabov deyildi. Teatr Xadimləri İttifaqının qurultayı idi. Mən də çıxış eləyəcəyimi bircə gün əvvəlcədən demişdilər. Qurultay günü uzun-uzadı çıxışlar oldu. O qədər uzandı ki, düşündüm, daha mən çıxış eləməli olmayacağam. Amma axırda sözü mənə verdilər. Mən də qalxıb çox canlı, tənqidlə dolu bir çıxış elədim. Tənqid olunanlar arasında xeyli adlı-sanlı teatr xadimləri vardı. çıxışımı bitirəndə İnqilab Kərimov hirslə ayağa qalxıb mənə sarı gəldi. Təbii ki, İnqilab müəllim mədəni adamdır, o mənimlə dava eləməyə gəlmirdi. Amma yaxınlığımda olanlar qorxub, onu saxladılar.
- Nə vaxtsa belə olub ki, sərt tənqid yazasınız, amma hansısa səbəblərdən çap etdirməyəsiniz?
- Bir dəfə çox sərt tənqidi bir məqalə yazmışdım. Çapa hazırlanırdı. Məqalə barədə bir rəfiqəmə danışdım. Sən demə, o simsiz teleqraf imiş. Məqalənin mətnini hara lazımdı, oralara çatdırıb. O rəfiqəm indi çox məşhur adamdır, amma adını deməyəcəyəm. Bir də gördüm Nəsir müəllim zəng elədi ki, Məryəm, sənin ağzıyırtıqlığın da varmış? Soruşdum ki, nə olub? Dedi, gəl nəşriyyata. Getdim. Nəsir müəllim dedi ki, hələ çıxmamış məqalə barədə niyə kiməsə danışırsan? İndicə mənə yuxarıdan zəng gəlib, xəbərdarlıq eləyirlər. Bir də heç vaxt çap olunmamış məqaləni heç kimə göstərmə. Amma xəbərdarlığa baxmayaraq, Nəsir müəllim həmin məqaləni çap elədi. Hansısa səbəbdən çap elətdirmədiyim məqaləm olmayıb.
- Məryəm xanım, niyə gəncliyinizdəki kimi sərt tənqidi məqalələr yazmırsınız?
- Sovet dövründə yaradıcı adamların ciddi maddi problemləri yox idi. Aktyorun, rejissorun kifayət qədər yaradıcı azadlığı olmasa da, çörək dərdi də yox idi. Keçid dövründə bütün sahələrdə olduğu kimi, teatr adamlarının da maddi çətinlikləri başladı. Mən gördüm ki, aktyor bir tikə çörək tapmır yeməyə. Elə rejissorlar, aktyorlar var idi ki, gecələr teatrda yatıb qalırdılar – evləri yox idi. Ən minimum şərtlər altında tamaşa qoyurdular. Mənsə teatrın mətbəxini bilən adamam. Özümə söz verdim ki, ancaq yaxşı tamaşalardan yazacağam. O şərtlər altında işləyən adamları sərt tənqid eləmək mənə ədalətsizlik kimi gəlirdi.
- Necə bilirsiniz, indiki dövrdə teatrın vəziyyətini yaxşı hesab eləmək olarmı? Aktyorların, rejissorların maddi çətinliyi var?
- İndi prezidentimizin qayğısı hiss olunur. Teatrlar təmir olunub, aktyorların, teatr işçilərinin maaşları artıb, evlər, mükafatlar verilir. Avropa teatr məkanına inteqrasiya məsələsi qaldırılıb. Bir sözlə, teatr üçün çox yaxşı işlər görülüb ki, buna görə həm ölkə prezidentinə, həm də mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm.
- Özünüz dediyiniz kimi, indi aktyorun, rejissorun bir tikə çörək dərdi yoxdu. Onda, deməli indi sərt tənqid eləyə bilərsiniz. Amma nədənsə, yenə ancaq xoşunuza gələn tamaşalardan yazırsınız...
- İndi mənim tamaşa haqqında heç nə yazmamağım elə o tamaşanı sərt tənqid etməyim deməkdi. Mən tamaşa haqda heç nə yazmıramsa, deməli, xoşuma gəlməyib. Yaxşı, bəyəndiyim tamaşalar barədə yazıram.
- Bir müddət əvvəl üç teatr – Gənc Tamaşaçılar Teatrı, Kamera Teatrı və Gənclər teatrı - birləşdirildi. Teatrdan azdan-çoxdan xəbəri olanlar bilirdi ki, bunlar tamamilə başqa üslubları, ənənələri olan teatrlardı. Peşəkar tənqidçi olaraq, siz necə hesab edirsiniz – bu birləşmə teatrın xeyrinəmi oldu?
- Haqlısan, bunlar tamam başqa üslubları olan teatrlar idi. Amma ortada ciddi problemlər vardı – məsələn, Kamera teatrının binası yox idi. Doğrudu, kollektivlərin bir-birinə uyğunlaşması, ortaq yaradıcılıq ilk baxışda çətin görünə bilər. Amma bu birləşmə ilə teatrların bir çox problemləri həll olundu axı. Buna görə də hamımız ümid eləyirik ki, bu birləşmə teatrların xeyrinə olacaq.
- Bəs, bu teatrlar birləşəndən bəri hazırlanan tamaşalardan yaxşı hesab olunanları varmı?
- Açığını deyim ki, hələ məni yaxşı mənada təəccübləndirəcək tamaşa olmayıb. Amma uğurlu tamaşa bir ilin, iki ilin işi deyil. Kollektivlər doğmalaşmalıdı, birlikdə işləməyin yolunu tapmalıdı – yaradıcılıq çox ağır, mürəkkəb prosesdi. Buna görə də mən onlardan uğuru belə tezliklə gözləmirəm.
- Məryəm xanım, məşhur yazıçı, dramaturq, baş nazirin birinci müavini Elçin Əfəndiyevlə dostsunuz. Onun yaradıcılığını həmişə yüksək qiymətləndirirsiniz. Özünü əsl ziyalı hesab edirsiniz. Bir tərəfdən də sizin gəncliyə qarşı, xüsusilə dövrün yaradıcı gəncliyinə qarşı çox yaxşı münasibətinizin olduğunu, onları qiymətləndirdiyinizi bilirik. Maraqlıdır, dostunuz Elçin Əfəndiyevin bu yaradıcı gəncliyi «lümpenlər» adlandırmağına münasibətiniz necədir?
- Elçin Əfəndiyev böyük ziyalıdır. Əsl yaradıcı adam və mədəni insandır. Onun belə bir şey dediyini bilmirəm. Amma əgər deyibsə, qınaya bilmərəm, çünki o çox ağıllı adamdır. Sözə diqqətlə yanaşan və boş yerə söz deməyən adamdır.
- Sualı başqa cürə qoyuram – dövrünüzün sizi sərt tənqid etmiş yaradıcı gəncliyinə «lümpen» deyərsiniz?
- Mən demərəm. Amma Elçin Əfəndiyev Məryəm Əlizadə deyil. Mən də Elçin Əfəndiyev deyiləm. Biz fərqli adamlarıq və gəncliyə də, hadisələrə də münasibətlərimiz fərqlidir.
- Məryəm xanım, sovet dövrünün ziyalısı olmaq daha xoş idi, yoxsa indi?
- Sovet dövrü ziyalıların maddi təminatı vardı. Normal maaş, vaxtlı-vaxtında ev, elmi dərəcələrə görə maaş artımı və s. Keçid dövründə qəfildən ziyalıların vəziyyəti elə oldu ki, biz hansısa ölkəyə gedəndə maaşımızın miqdarını deməyə utanırdıq. Təsəvvür edin ki, bizim indiki pulla yeddi manat maaş aldığımız vaxtlar olub. Həmin vaxtlar məni bir neçə dəfə Türkiyəyə işləməyə dəvət ediblər. Amma getmədim – çünki o cüzi maaşla bərabər indi bizim azadlığımız da var idi. Az maaş ala bilərdik, amma artıq müstəqil ölkənin ziyalıları idik. İndisə bayaq dediyim kimi, artıq mədəniyyət, incəsənət adamlarına qayğı var. hər şey müqayisəyə gəlməz dərəcədə yaxşılaşıb. Və biz o ağır illərdə belə azadlığımızın qədrini bilmişiksə, deməli problemlərin qat-qat azaldığı bu dövrdə də bilirik.

6438