Zidan  tük əkdirmək   üçün Türkiyəyə gəldi
04 iyul 2022 11:18 (UTC +04:00)

Zidan tük əkdirmək üçün Türkiyəyə gəldi

"Yuventus", "Bordo", "Real Madrid" kimi komandalarda oynayan və aktiv futbol karyerasını bitirdikdən sonra “Real Madrid”də baş məşqçi kimi çalışan Zinəddin Zidan keçəlliyinə son qoymaq qərarına gəlib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunun üçün Türkiyəni seçib. 50 yaşlı məşhur keçən ay gizli şəkildə İstanbulda əməliyyat olunub. 

O, bunun gizli qalmasımı istədiyi üçün xəstəxanada bütün qeydiyyatları meneceri adına edib. İstanbulda iki həftə oteldə qalan ulduz saç transplantasiyası əməliyyatından sonra gizli şəkildə Fransaya qayıdıb.

# 2667
avatar

Aytəkin Cəlali

Oxşar yazılar