Yuxusuz gecədən sonra beyində nə baş verir? - CAVABI TAPILDI
13 noyabr 2023 09:56 (UTC +04:00)

Yuxusuz gecədən sonra beyində nə baş verir? - CAVABI TAPILDI

Yuxusuzluqla bağlı insan orqanizmində hansı proseslərin baş verdiyi məlum olub. Şimal-Qərb Universitetində tədqiqatçı alimlər yuxusuzluğa məruz qalan siçanlar üzərində apardıqları təcrübələrdə onların davranışını və beyin fəaliyyətini öyrəniblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kəskin yuxu itkisi zamanı heyvanlar beyində dopamin səviyyələrində əhəmiyyətli bir artım göstəriblər. 

Beyin növbəti bir neçə gün ərzində canlılığı qorumaq üçün özünü yenidən qurub. Yuxusuz gecədən sonra heyvanların davranışları açıq-aydın görünməyə başlayıb: onlar aqressivlik, hiperaktivlik və hiperseksuallıq nümayiş etdiriblər ki, bu da normal gecə yuxusunu keçirən qrupla müqayisə edilib.

Maraqlıdır ki, hiperaktivlik və artan cinsi istək kimi bir çox davranış kəskin yuxu itkisindən sonra bir neçə saat ərzində yox olsa da, antidepresan təsiri bir neçə gün davam edib.

Bu kəşflər yuxu məhrumiyyətinin beyinə və davranışa necə təsir etdiyini başa düşməyimizə əhəmiyyətli töhfələr verir, insan orqanizminin stress və yorğunluq altında necə fəaliyyət göstərdiyinin təəccüblü aspektlərini ortaya qoyur.

# 26115
avatar

Fidan İlqar

Oxşar yazılar