Yuxuda  dəniz görmək   nə vəd edir?
04 iyul 2022 09:09 (UTC +04:00)

Yuxuda dəniz görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də dənizdir. Bəs, yuxuda dəniz görmək nə vəd edir? 

Lent.az yuxuda dəniz görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda dəniz görmək varlanmağa işarə edir. Maddi, yəni pul cəhətdən vəziyyətin yaxşılaşması ilə birgə qazanc, ruzi və bərəkətin getdikcə artmasına yozulur. Yeni əşyalar, maşın, ev, yaxud daha dəyərli əşyalar alına bilər. Gələcək və ya xeyirli bir iş üçün yaxşı investisiya qoyacağınızı vəd edir. 

Yuxuda dalğalı dəniz görürsünüzsə, qəti narahat olmayın. Çünki dalğalı dəniz belə xeyirə yozulur. Bu sizin bir növ mənəvi rahatlıq tapacağınızla əlaqəlidir. 

Yuxuda gördüyünüz dəniz sizə uzaq məsafədədirsə, bu məqsədlərinizə bir az çətin və əziyyətlə çatacağınızı bildirir. 

Dənizdə oturduğunuzu görmək, yüksək vəzifəli bir şəxs ilə görüşəcəyinizi vəd edir. Bu görüşdən xeyirli nəticə əldə etmək istisna deyil. 

Yuxuda çirkli və pis dəniz görmək bir sıra problemlərin yaranacağına işarədir. Bir sıra yuxu yozanlara görə, bu zaman yuxu sahibi böyük məsuliyyət sahibi olacaq və çirkinlikləri üzə çıxarmağa çalışacaq. Çirkli dənizdə üzmək isə yuxu görən şəxsin haram arxasınca qaçdığı kimi ifadə edilir və bu, həmin insanın bir sıra sıxıntılarla rastlaşacağının xəbərçisidir. Belə yuxu görən şəxslər maddi baxımdan bir az diqqətli olsalar yaxşıdır. 

Yuxuda dənizin quruması əslində sizinlə bağlı bir hal deyil. Yəni yuxunun yozumu tək sizin həyatınızla yox, bütün bəşəriyyətə xidmət edən nemət qapısıdır Buna görə də yuxu yozanlar dənizin vəziyyətini yuxu görən adamın yaşadığı şəhər, yaxud ölkəni təmsil etdiyini hesab edirlər. 

Dənizin tamamilə qurumuş olması isə ölkədəki vəzifəli şəxslərin uğursuzluğuna işarə edir. Dəniz, dibi görünəcək qədər çox quruyubsa, ölkədə, yaxud ailədə vəziyyətin pisləşə biləcəyinə işarə edir.

Dəniz suyunun azaldığını görürsünüzsə, yaşadığınız ölkədəki iqtisadi böhranların qapıda olduğuna dəlalət edir.

İşlərinizdə çox bacarıqlısınız və bu bacarıq, sizi zəngin edə bilər. Eyni zamanda dənizdə boğulmaq, dünya malı üçün həddən artıq çalışdığınızı göstərir.

# 2997
avatar

Sevinc Fərid

Oxşar yazılar