Xəzələ əsəbləşdi, qonşusunun ağacını güllələdi
29 oktyabr 2022 08:34 (UTC +04:00)

Xəzələ əsəbləşdi, qonşusunun ağacını güllələdi

0

Qonşunun ağacından tökülən yarpaqlar Belçikanın Lyej şəhərinin sakinini təngə gətirib. 

Lent.az xəbər verir ki, 84 yaşlı kişi hər gün xəzəl toplamaqdan bezdiyi üçün ağacı atəşə tutub. Lakin o bir-neçə güllə atdıqdan sonra polis hadisə yerinə gəlib.

Sənədsiz tüfəng müsadirə olunub, kişiyə isə bir neçə sutkalıq həbs verilib. O isə çıxdıqdan sonra “xəbərçilik edəni” cəzalandırmağa söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2098

Oxşar yazılar