Xəstə də, həkim də azərbaycanlı:   Çarəni Türkiyədə tapdı
11 aprel 2022 19:43 (UTC +04:00)

Xəstə də, həkim də azərbaycanlı: Çarəni Türkiyədə tapdı

Azərbaycanlı Gülarə Fətullayeva illərdir əllərindəki titrəməyə, bədəninin əsməsinə, hərəkətlərinin ləngliyinə çarə tapa bilməyib. Qəbul etdiyi dərmanların heç birinin xeyri olmadığını görən qadın son çarə olaraq Türkiyəyə gedib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullayevanın bu ölkəyə gəlişi ilə həyatı tamamilə dəyişib. 

Türkiyəyə gələn 69 yaşlı qadına burada idiopatik Parkinson diaqnozu qoyulub. Bundan sonra aldığı müalicə zamanı onun əllərindəki əsmələr və ağrılar azalıb, yerişində və duruşunda müsbət dəyişikliklər qeydə alınıb. 

Hadisənin maraqlı tərəfi odur ki, Fətullayevanın xəstəliyinə çarə tapan həkim azərbaycanlı Nihat Mustafayevdir. Nevrologiya üzrə mütəxəssis olan Mustafayev müalicə ilə bağlı bu sözləri deyib: 

“Parkinson xəstəliyi pasiyentlərin hərəkətlərində yavaşlama, əllərdə titrəmə, psixoloji pozğunluqlar kimi özünü göstərir. Bu xəstəlik daha çox 60 yaşdan sonra müşahidə edilir. Amma genetik səbəblərə görə 40 yaşlı insanlarda da rast gəlinir” 

Nihat Mustafayev onu da qeyd edib ki,  hər əl və bədən əsməsi Parkinson xəstəliyinə işarə etmir. 

Nihat Mustafayev və Gülarə Fətullayev
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Sevinc Fərid

Oxşar yazılar