Ürək quruluşunun 60 illik sirri  açıldı
17 noyabr 2023 16:46 (UTC +04:00)

Ürək quruluşunun 60 illik sirri açıldı

Kentukki Universitetindən (Böyük Britaniya) alim Kennet Kempbell Massaçusets Universitetinin (ABŞ) Çan Tibb Məktəbinin əməkdaşları ilə birgə insan ürəyinin quruluşunun 60 illik sirrini açıb. Onlar ilk dəfə olaraq bu orqanın mühüm sahəsinin molekulyar xəritəsini tərtib ediblər.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, iş ürək əzələlərinin tikinti blokları olan sarkomerlərin tərkib hissəsi olan kiçik strukturların - miyozin filamentlərinin simulyasiyası idi. Bu zəncirlərin hər birində elm adamlarının onilliklər boyu anlamağa çalışdıqları kompleks bir quruluşda düzülmüş təxminən 2000 molekul var. Xüsusilə, miozin zülallarının xüsusi strukturlarda birləşərək altı qrupda yerləşə biləcəyi güman edilirdi. Ancaq indi məlum olub ki, üç növ miozin assosiasiyası mövcuddur.

Kəşf struktur, fizioloji və klinik tədqiqatlar üçün yeni əsas yaradır. O, həmçinin ürək əzələsinə əvvəlcədən düşünüldüyündən daha dəqiq nəzarət imkanını nümayiş etdirir.

# 16665
avatar

Fidan İlqar

Oxşar yazılar