Tumsuz qara qarpız yetişdirildi - İLK DƏFƏ
02 iyun 2021 02:23 (UTC +04:00)

Tumsuz qara qarpız yetişdirildi - İLK DƏFƏ

Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

Lent.az xəbər verir ki, “Style” adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir./sia
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087

Oxşar yazılar