Təkbaşına meşə yaradan AĞAC
24 yanvar 2024 08:21 (UTC +04:00)

Təkbaşına meşə yaradan AĞAC

Dünyanın ən böyük anakardiya ağacı Braziliyanın Natal şəhəri yaxınlığındakı Pirangi do Nortedə yerləşir.

Lent.az xəbər verir ki, bu ağac təxminən, 8500 kvadratmetr ərazini əhatə edir və “Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən böyük sahə tutan ağacı kimi tanınır.

Ağacın 100 ildən çox yaşı olduğu güman edilir. Nəhəng ölçüsünə baxmayaraq, o, tək ağacdır və ziyarətçilərin zövq ala biləcəyi geniş kölgəli sahə yaradır. Ağac həm də anakardiya istehsal edərək öz əhəmiyyətini artırır. Sözügedən ağacın bu qədər geniş sahə tutmasının iki səbəbi vardır:

-Ağacın hava kökləri yaratmaq qabiliyyəti;

Hava köklərinin yerin cazibəsi nəticəsində yer səthinə doğru istiqamətlənərək yenidən kök salması və zamanla bu köklərin ağacın ikinci dərəcəli gövdələrinə çevrilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 40227
avatar

Oxşar yazılar