Tarixin ən çoxuşaqlı  atası -  1200 övlad
26 avqust 2024 19:51 (UTC +04:00)

Tarixin ən çoxuşaqlı atası -  1200 övlad

Moulay İsmayıl ibn Şərif 1672-1727-ci illərdə Mərakeş sultanı olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu insan təkcə ölkə hökmdarı kimi deyil, həm də çox uşaq atası kimi tarixə düşüb.

Moulay İsmayıl ibn Şərif 1645-ci ildə Mərakeşin Tafilalet bölgəsində anadan olub, 1672-ci ildə taxta çıxıb. 

Onun 500 cariyəsi olduğu məlumdur. Bu qadınların hər biri çoxlu uşaq doğraraq, övladının taxtın varisi olmasını, beləliklə də özlərini cariyəlikdən azad etmək istəyirdi. 

Mərakeş sultanının 700 oğlu olduğu dəqiq məlumdur. Amma qız uşaqlarının sayı barədə məlumat yoxdur.

Ginnesin Rekordlar Kitabında sultanın övladlarının ümumi sayının 888 olduğu bildirilir.

Hökmdarın 1200-ə yaxın oğlu və qızı olduğu da deyilir.  

İsmayılın oğullarından biri ondan sonra Mərakeşin sultanı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar