İki yaşlı qızı tanrıça seçdilər:  prezident də sitayiş edəcək
01 oktyabr 2025 12:59 (UTC +04:00)

İki yaşlı qızı tanrıça seçdilər: prezident də sitayiş edəcək

0

Nepalda 2 yaş 8 aylıq Aryatara Şakya, yeni Kumari – “bakirə tanrıça” seçilib. O, əvvəlki Kumariyə əvəz olub. Ənənəyə görə, əvvəlki Kumari yetkinlik yaşına çatdıqda adi bir insan kimi həyatına davam edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kumari adətən Katmandu vadisinin yerli sakinləri olan Nevar icmasının Şakya klanından seçilir və həm hinduistlər, həm də buddistlər tərəfindən hörmətlə qarşılanır.

Qız uşaqları 2-4 yaş arasında seçilir və onların dərisi, saçları, gözləri, dişləri qüsursuz olmalıdır. Həmçinin onlar qaranlıqdan qorxmamalıdırlar.

Bu ayın əvvəlində keçirilən İndra-Catra festivalı zamanı əvvəlki Kumari möminlərin çiynində daşınan taxta arabada gəzdirilmişdi. Kumari həmişə qırmızı geyinir, saçlarını başının üstünə topuz şəklində yığır və alnında “üçüncü göz” təsviri çəkir.

Həftəlik İndra-Catra festivalı daha böyük bayramlar silsiləsinin başlanğıcıdır: Daşain (xeyirin şər üzərində qələbəsi şərəfinə keçirilən əsas bayram) və oktyabr ayında qeyd olunan Tihar yaxud Divali (işıqlar festivalı).

Çərşənbə axşamı insanlar Daşain bayramının 15 günlük qeyd etmələrinin səkkizinci gününü ailəliklə təntənəli şəkildə keçiriblər. Bu münasibətlə dövlət idarələri və məktəblər bağlı olub. Ailə, dostlar və dindarlar yeni seçilmiş Kumari-ni Katmandu küçələrindən müşayiət edərək məbəd sarayına gətiriblər. Orada o, bir neçə il yaşayacaq.

Möminlər onun ayaqlarına alınlarını toxundurmaq üçün növbəyə düzülüblər. Bu, Himalaylarda hinduistlər arasında ən ali hörmət nişanəsi sayılır. Onlar Kumari-yə gül və pul hədiyyələri təqdim ediblər. Cümə axşamı isə yeni Kumari ölkə prezidentinin də daxil olduğu möminləri xeyir-dua ilə mübarəkləyəcək.

“Dünən o, sadəcə mənim qızım idi, amma bu gün artıq ilahədir”, —onun atası Ananta Şakya bildirib. Onun sözlərinə görə, qızının ilahə olacağının əlamətləri hələ doğulmazdan əvvəl görünmüşdü. “Hamiləlik zamanı yoldaşıma tez-tez yuxuda o, ilahə kimi görünürdü və biz bilirdik ki, qızımız tamamilə xüsusi biri olacaq”, — deyə o əlavə edib.

Əvvəlki Kumari, hazırda 11 yaşı olan Trişna Şakya məbədi ailəsi və tərəfdarlarının daşıdığı taxtda gizli qapıdan tərk edib. O, 2017-ci ildə “canlı ilahə” seçilmişdi.

Şakya klanına mənsub ailələr bu prestijli mövqe uğrunda bir-biri ilə rəqabət aparırlar. Qeyd edilir ki, Kumari-nin ailəsi cəmiyyətdə və öz klanında yüksək status əldə edir.

Lakin Kumari həyatı çox məhduddur. Onların oyun yoldaşları az olur, küçəyə çıxmalarına isə ildə yalnız bir neçə dəfə, əsasən bayramlarda icazə verilir. Keçmiş Kumari-lər adi həyata uyğunlaşmaqda çətinlik çəkirlər: ev işləri öyrənmək, adi məktəbdə təhsil almaq onlar üçün asan olmur.

Nepal folkloruna görə, keçmiş Kumari ilə evlənən kişilər tez ölürlər. Buna görə də bir çox qızlar subay qalırlar.

Son bir neçə ildə ənənələrdə bir çox dəyişikliklər baş verib və indi Kumari-yə məbəd sarayında xüsusi müəllimlərin dərs keçməsi, hətta televizora sahib olması da icazə verilir.

Həmçinin, hökumət artıq “təqaüdə çıxmış” Kumari-lərə kiçik bir aylıq pensiya verir — təxminən 110 ABŞ dolları. Bu məbləğ hökumət tərəfindən müəyyən edilmiş minimum əmək haqqını bir qədər üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar