Şri-Lankanın ən fərqli şəhəri - Kandi : Bura niyə getməli?
26 iyun 2021 01:15 (UTC +04:00)

Şri-Lankanın ən fərqli şəhəri - Kandi: Bura niyə getməli?

Şri-Lanka möhtəşəm təbiəti, isti iqlimi, ekzotik çimərlikləri və yaşıl meşələri ilə dünyanın ən məşhur səyahət yerlərindən biridir.  Şri-Lankaya səyahət zamanı bir çox səyahətçi ölkənin ən böyük şəhəri və paytaxtı olan Kolombo şəhərini ziyarət etməyi üstün tutur. Müasir şəhər infrastrukturu və memarlığına sahib Kolombo Şri Lankanın iqtisadi, tarixi və siyasi mərkəzidir. Son vaxtlarda Kolombo yaşayış qiymətlərinin yüksəldiyi, küçələrin çirkləndiyi və hər şeyin daha bahalı olduğu turistik şəhərə çevrilib.

Lent.az xarici KİV-ə istinadən bu dəfə Şri-Lankanın bir başqa gözəl şəhəri - Kandi haqqında məlumat verəcək. Kandi əhalisi 200.000-dən az olan qədim bir şəhərdir. Yer üzündəki Buddistlər üçün bu yalnız mədəni deyil, həm də mənəvi bir mərkəzdir, bütün inanclılar üçün müqəddəs bir yerdir. Kandi, adanın mərkəzində, Kolombo (115 km) yaxınlığında yerləşir.

Şri-Lanka çayı əsasən Kandidə istehsal olunan və dünya miqyasında məşhur olan təbii xəzinədir. Giaragama çay əkini Kandinin ən maraqlı yerlərindən biridir. Əkin işi Kandidəki ən məşhur işlərdən biridir və Şri-Lanka xalqının böyük hissəsi Kandidəki çay əkini işlərində çalışaraq gəlirlərini təmin edirlər. Burada orijinal Şri-Lanka çayını dadmaq şansınız olacaq.

Şri- Lanka tarixən ədviyyat ticarəti üçün regional mərkəz olub. Yerli tacirlər min illərdir Kandi bağlarında zəngin növlü ədviyyatlar yetişdirirlər. Müasir dövrdə Şri-Lanka hökuməti bu bağları qoruma altına alaraq turist attraksionuna çevirib. Peradeniya Kraliyyət Botanika Bağında saysız-hesabsız tropik ədviyyat bitkiləri və digər yerli endemik ağaclar, ümumilikdə isə dörd mindən çox bitki və heyvan növü yaşayır. Bağın bənzərsiz flora və faunası rəngləri, yaşayış mühitləri ilə sizi heyrətləndirəcəkdir. 

Kandi misilsiz iqlimi və coğrafiyası sayəsində vəhşi cəngəlliklərə və tropik meşələrə ev sahibliyi edir. Udavattakele Meşə Qoruğu insan tərəfindən hazırlanmış infrastrukturu və ya arxitekturası olmayan yerdir. Şri-Lanka hökuməti vəhşi təbiətin mükəmməl şəkildə qorunduğu meşənin təbii formasını da qorudu. Yerli turizm agentlikləri tərəfindən qoruğa təşkil edilən qısa səfərlərdə onun unikal təbii mühitini kəşf edə bilərsiniz. Ancaq burada uymanız gərəkən bəzi təhlükəsizlik qaydaları var. Məsələn: bitkilərə zərər verməmək və heyvanlara toxunmamaq qadağandır. 

Müqəddəs Diş Məbədi olaraq bilinən məbəd Şri-Lankanın yerli əhalisi üçün müqəddəs yer və ziyarətgahdır. Məbəd hər kəsi heyrətləndirən möhtəşəm bir qızıl qübbəyə malikdir. Hər həftə dini mərasimlərin keçirilidiyi məbədin qapıları həm yerli əhali, həm də xaricilər üçün açıqdır. Müqəddəs Diş məbədi, Kandidə görülməsi gərəkən ən görkəmli tarixi yerlərdən biridir. Onun bir neçə min illik tarixi var. Məbəd hər il 60-dan çox filin müşayiəti ilə şəhər ətrafında Müqəddəs Diş turu təşkil edir. 

Kandi şəhəri tarixin yadigarı olan binalarını, küçələrini və memarlığını qoruyub saxlayıb. Şəhər bir çox müasir binaya ev sahibliyi etsə də, köhnə infrastruktur daha çox yayılmışdır. Kandidə əsas ictimai nəqliyyat olduqca köhnə və tarixi avtobuslar və trolleybuslardır. Üstəlik, şəhərin küçələrində yerli məhsullar satan böyük mağazalar var. Kandinin tarixi mağazalarından ailənizə, dostlarınıza və sevdiklərinizə möhtəşən hədiyyələr ala bilərsiniz.

Əgər bir gün yolunuz Şri-Lankadan düşərsə bu şəhərə də baş çəkməyi unutmayın.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6021
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar