LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 17-Cİ YAZINI TƏQDİM EDİR.
Keçmiş SSRİ-də aviasiya qəzaları barədə mətbuatda heç bir xəbər verilməsə də, ən xırda hadisələr belə protokollaşdırılıb.
Lent.az bu protokollardan birinə istinad edərək Yevlaxda baş vermiş aviaqəza barədə məlumat verir.
29 aprel 1941-ci il, Yevlax.
Pilot “P-5” marlalı təyyarəni sükan yoluna çıxarır. Çox kiçik sürətlə hərəkət edərkən qəflətən təyyarənin şassisi qırılır, lonjeron ciddi zədələnir. Sürət kiçik olduğu üçün pilot təyyarədən xəsarət almadan qurtulub. Təyyarənin uçuşa hansı məqsədlə hazırlaşdığı barədə məlumat verilmir.
Şassinin qırılmasına səbəb kimi istehsalat qüsuru göstərilir.