Son 150 ilin ən isti iki ili AÇIQLANDI
11 yanvar 2021 10:49 (UTC +04:00)

Son 150 ilin ən isti iki ili AÇIQLANDI

2020-ci il 2016-cı il ilə birlikdə tarixin ən isti ili olaraq qeydə alınıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı İqlim Monitorinqi Xidmətinin məlumatına görə, 2020-ci il son 150 ilin ən isti iki ilindən biri olub.

1850-ci ildən bəri qeydə alınan nəticələr 2020-ci ilin ən isti iki ildən biri olduğunu ortaya çıxarıb.

İl ərzində yaşanan isti hava dalğaları, qasırğalar, meşə yanğınları və bənzər təbii hadisələr də bu istilikdən qaynaqlanıb.

Məlumatları təqdim edən Avropa İttifaqı İqlim Monitorinqi Xidməti bu istiləşmənin böyük fəlakətlərə səbəb ola biləcəyini vurğulayıb.

2020-ci ildə dünya 2019-cu il illə müqayisədə Selsi şkalası ilə yarım dərəcə daha çox isinib.

Səlahiyyətlilər bu nisbətin 2030-cu ilə qədər 1,5 dərəcəyə çata biləcəyini bildirblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar