ABŞ-ın Arizona ştatında qalmaqal baş verib.
Lent.az-ın lessentiel.lu saytına istinadla xəbərinə görə, maddi vəziyyəti ağır olan müəllim ər-arvad çarəni pornofilm çəkməklə pul qazanmaqda görüblər. Ən qəribəsi isə cütlük filmləri sinif otaqlarında çəkirmiş. Özlərinə sayt açan cütlük yaşadıqları ştatdan sayta girişi bloklayıblar ki dost-tanış xəbər tutmasın.
Lakin təsadüf nəticəsində şagirdlərdən biri müəllimlərini tanıyıb və videonu Vatsapda paylaşıb. Məsələdən xəbər tutan məktəb rəhbərliyi cütlüyü işdən azad edib.