Ronaldo üçün 20 qoyun təklif edildi: "CAVAB GÖZLƏYİRİK..."
29 iyul 2022 17:21 (UTC +04:00)

Ronaldo üçün 20 qoyun təklif edildi: "CAVAB GÖZLƏYİRİK..."

0

Farer adalarının “Klaksvik” klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı qeyri-ciddi paylaşım edib.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, adıçəkilən komanda “qırmızı şeytanlar”dan ayrılmaq fikrində olan 37 yaşlı superulduzu məsxərəyə qoyub.

Onlar Portuqaliya millisinin kapitanı üçün ingilislərə qoyun sürüsü təklif etdiklərini yazıblar: “Biz Ronaldo üçün ən yaxşı 20 qoyunumuzu təklif etdik. Hazırda “Mançester Yunayted”dən cavab gözləyirik”.

Qeyd edək ki, “Mançester Yunayted”in yay təlim-məşq toplanışına qatılmayan Kriştiano Ronaldo rəhbərlikdən gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilməsini tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2560

Oxşar yazılar