Yemək bişirmə videoları ilə tanınan və “YouTube”da 14 milyondan çox abunəçisi olan amerikalı blogger Rozanna Pansino qeyri-adi hərəkəti ilə diqqət çəkib.
Lent.az-ın xarici me diaya istinadla məlumatına görə, Smoking My Dead Dad adlandırdığı Rodiculous adlı yeni podkastının ilk seriyasında 39 yaşlı qadın mərhum atasının son arzusunu yerinə yetirmək haqqında danışıb.
Rozanna, altı illik leykemiya ilə mübarizədən sonra beş il əvvəl vəfat edən atasının ölümündən sonra külünün marixuana bitkisi yetişdirmək üçün istifadə edilməsini xahiş etdiyini və sonra siqaret çəkdiyini izah edib. Atasının xatirəsini yad etməyin bu qeyri-adi üsulu məsələnin əsas mövzusuna çevrilib.
"Atam soyuqqanlı və bir az üsyankar idi" deyən Pansino əlavə edib ki, anası əvvəlcə belə bir istəyi yerinə yetirməsinə əmin deyildi. "Ancaq beş ildən sonra biz belə qənaətə gəldik ki, onun istədiyini etmək və onun xatirəsini bu şəkildə yad etmək vaxtıdır", - blogger vurğulayıb.
Atasının xahişini yerinə yetirmək üçün Rozanna hətta marixuana yetişdirmək üçün lisenziya da alıb. O, “Instagram”da atasının külü olan torpaqdan yetişdirilən bitkini siqaret çəkərkən çəkdirdiyi videosunu yerləşdirib.
O, videoya belə bir şərh yazıb: "Biz atamı təxminən beş il əvvəl leykemiya səbəbindən itirdik. O, ən yaxşısı idi.
Onun son arzusu marixuana bitkisinin yetişdirilməsi və siqaret çəkilməsi idi. Mən bunu etdim. Yeni podkastımın ilk bölümü ona həsr olunub. Hər gün sənə sevgi və kədərlə, Baba Pizza".
Bu hərəkət internetdə geniş rezonansa səbəb olub, tamaşaçıları onun atasının vəsiyyətini yerinə yetirmək istəyini dəstəkləyənlərə və bu qərarı mübahisəli hesab edənlərə bölüb.