Masazırda  evdə uçqun   olub: Ölən və yaralananlar  var
29 noyabr 2024 19:08 (UTC +04:00)

Masazırda evdə uçqun olub: Ölən və yaralananlar var

Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, noyabrın 29-da saat 17:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər hospitalizasiya olunub.

Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 40 yaşlı şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 27 yaşlı şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.

Xilasedicilər 30 yaşlı Rəsulov Camal Əzim oğlunun meyitini dağıntı altından çıxararaq təhvil verib.

Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816
avatar

Oxşar yazılar