Qız bürcü qadınlarının  xarakteri necədir?
25 noyabr 2022 09:19 (UTC +04:00)

Qız bürcü qadınlarının xarakteri necədir?

Ulduzlar sistemində beşinci yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-ə qədər olan dövrü əhatə edir. Merkurinin idarə etdiyi, torpaq qrupuna aid olan qız bürcləri nizamlı və diqqətli olmaqları ilə bilinir.

Bəs, ayrılıqda qız bürcünün qadın nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Qız bürcünün qadın nümayəndələri güclü, iddialı, uğurlu və vasvası olmaqları ilə diqqət çəkirlər. Qız bürclərini zəka və gözəlliyin təsir edici kombinasiyası adlandıra bilərik. Olduqları mühitdə ağıllı və məntiqi hərəkətləri ilə asanlıqla seçilirlər. Bunlarla yanaşı, zəhmətkeş və yardımsevər xarakterləri ilə daim ətrafdakıların rəğbətini qazanmağı bacarırlar.

Qız bürclərinin çox müsbət xüsusiyyətlərini sadalaya bilərik. Bunlardan ən vacibi praktik zəkaları vasitəsilə problemlərin həllini dərhal tapmalarıdır. Həyatlarının hər bir vaxtında, əsasən də gələcəklərini planlaşdırmağı sevirlər. Cəmiyyətə qarşı həssas olan qız bürcləri insanlara qarşı yardım etməyi xoşlayırlar. Zərif və həssas ruha sahibdirlər. Onlar hər şeyə məntiqlə yanaşmağa çalışırlar.

Təbii ki, hər kəsdə olduğu kimi qız bürclərinin də mənfi tərəfləri var. Qız bürclərinin həddindən artıq xırdaçı olması bəzən ətrafdakıları bezdirə bilir. Çox diqqətcil və vasvasıdırlar. Elə bu xüsusiyyətləri onların partnyorları ilə tez-tez problem yaşamalarına səbəb olur. Bəzən qısqanclıqda da həddi aşırlar. Çox çəkingən və uzaq məsafəli davranışları səbəbiylə qarşı tərəflə soyuq münasibətlər yaradırlar. Qərarlarından və istəklərindən əsla vazkeçmirlər. Bu da mübahisələri qızışdıran xüsusiyyətlərindən biridir.

Qız bürcü qadınları sevdiyi zaman, qarşısındakı insanın bu sevginin dəyərini ömrü boyunca bilməyini istəyir. Onlara bugünkü sevgi anlayışı olduqca uzaqdır. Qısa müddətli münasibətlər, bir gecəlik görüşlər, səmimi olmayan sevgilər qız bürcü qadınlarının xarakterinə ziddir. Onlar belə münasibətlərdən hər zaman uzaq durur. O dərindən sevilmək və güvənmək istəyir. Sadiqlik qız bürcləri üçün ən əsas kriteriyalardan biridir.

Qız bürcləri evliliyi birmənalı qarşılamırlar. Əks cinsin nümayəndələrinə qarşı çox seçicidirlər. Buna görə də evlilik onlar üçün bir qədər çətin məsələdir.

Bəs, qız bürcü qadınlarının iş həyatı necədir? Belə ki, müdir qız bürcləri daim işçilərindən iş haqqında detalları soruşa bilər. Onların eqoist xarakterləri iş həyatlarında da özünü büruzə verir. Uğursuzluğu heç cürə qəbul edə bilmirlər. Qız bürcü qadını işlərində özünə əmindir. Əgər söz verirsə, həmin işi professional şəkildə sona çatdırır. Xoş niyyətindən istifadə və çıxar yönümlü iş münasibətlərindən qəti xoşlanmaz.

# 20568
avatar

Sevinc Fərid

Oxşar yazılar