Qadın evdən ulu babasının  sevgi məktublarını  tapdı
23 aprel 2024 13:26 (UTC +04:00)

Qadın evdən ulu babasının sevgi məktublarını tapdı

97 yaşlı Koloradolu nənəsinin əşyalarını gözdən keçirəndə təsadüfən 1890-cı il avqustun 5-də ulu babası Salvatore Ciuccinin yazdığı bir sevgi məktubu tapıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Salvatore məktubda İtaliyadan San-Fransiskoya gəldikdən qısa müddət sonra həyat yoldaşı olan Anna Merfidən görüş istəyib.

Salvatorenin mühacir olmasına və ingilis dilini bilməməsinə baxmayaraq, məktubda səmimi romantika və cazibəli sözlər olub.

"Əzizim... Görüşlərə getməyi sevirəm. Bu gecə gəlsən, saat 9-da səni küncdə gözləyəcəm. Ümid edirəm ki, məyus olmayacaqsan. Əlvida, əziz Anna, məni həmişəlik sev. Öpüşlər, sizin sadiq və sevgi dolu S. Ciucci”ni yazıb.

Səliqəli əl yazısı ilə yazılmış bu məktub öz səmimiliyi ilə internet istifadəçilərinin diqqətini çəkib. Salvatorenin sözləri Annanın ürəyinə təsir edib və onlar sonradan evləniblər, dörd uşaq valideynləri olublar.

Angela Nauss insanları sevgini qiymətləndirməyə və nəsillər üçün xatirələr yaratmağa ruhlandırmaq ümidi ilə hekayəni TikTok səhifəsində paylaşıb.

# 2499
avatar

Fidan İlqar

Oxşar yazılar