Afrikada vəhşi təbiəti kameranın yaddaşına köçürən fotoqraf maraqlı, həm də riskli hadisə ilə üzləşib.
Lent.az-ın xəbərinə görə, milli parklardan birində yuxulayan fotoqraf nəyinsə ona toxunduğunu hiss edərək oyanıb.
Fotoqraf görüb ki, bir bəbir onun yanında uzanıb və başını ona söykəyib. Fotoqraf bu anları telefonun yaddaşına köçürüb və bundan sonra bəbirlə dostlaşıb.