Optik illüziyalar hisslərimizi çaşdıra bilən vizual hadisələrdir.
Özünüzü sınayın, şəkildəki göyərçinlərin bolluğu arasında pişiyi tapa bilərsinizmi?
Lent.az-ın məlumatına görə, bu illüstrasiya internetdə böyük səs-küyə səbəb olub.
Bəzilərinin iddia etdiyi kimi, insanların yalnız 1 faizi problemi 7 saniyəyə həll edə bilir.
Üstəlik, bu şəkil sizə müşahidə bacarıqlarınızı və reaksiya sürətinizi yoxlamağa kömək edəcək.
Şəkildə demək olar ki, eyni görünən bir çox göyərçin göstərilir. Onların arasında bir pişik gizlənir. Ancaq onu axtarmazdan əvvəl, saniyəölçəninizi hazırlayın. Pişiyi mümkün qədər tez tapmağa çalışın.
Pişiyi tapa bildinizmi? Əgər yoxsa, daha yaxından baxmağa çalışın. Və ya ipucumuzdan istifadə edin.
Pişik sağ alt sırada gizlənib.
Bu kimi tapmacaların həlli təfərrüatlar, fikir və qavrayış üzərində cəmləşmə qabiliyyətini inkişaf etdirməyə kömək edir. Bir qayda olaraq, daha yüksək əmsalı olan insanlar optik illüziyaların nümunələrini daha tez tanıyır və təhlil edirlər.