Niyə istidə yuxuya getmək çətindir?   - SƏBƏBİ AÇIQLANDI
13 may 2022 15:18 (UTC +04:00)

Niyə istidə yuxuya getmək çətindir? - SƏBƏBİ AÇIQLANDI

Heç kim gecənin ortasında oyanmağı sevmir, lakin hər gecə 7 saatdan az yatan yaşlı insanların 35 faizdən çoxu üçün bu ümumi bir ssenari ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, insanların az yatmasının bir neçə səbəbi var: stress, gecə gec saatlarda qəhvə içmək və ya gün ərzində çox yatmaq, ancaq düşünmədiyiniz səbəblərdən biri havanın istiliyidir.

Planet iqlim dəyişikliyi səbəbindən istiləşməyə davam etdikcə, bizi daha isti keçən qışlar və daha isti yaylar gözləyir. Yataq otağınızda da havanın isti olacağı istisna deyil.

“Əgər yaxın 50 il üçün temperatur proqnozuna baxsanız, görərsiniz ki, qlobal temperatur yüksələcək və bu, insanların yuxusuna təsir edəcək”, - Kaliforniya universitetindən olan koqnitiv nevroloq (koqnitiv nevrologiya, sinir sistemi ilə zehni proseslər arasındakı əlaqəni araşdıran fənlərarası bir sahədir-red.) Sara Mednik deyib.

Yataq otağı isti olarsa, yuxu problemləri ehtimalı artır.

“Yüksək temperatur yuxunun 3-cü mərhələsini poza bilər, bu müddət ərzində orqanizm yavaş dalğalı yuxuya, beyin fəaliyyətinin gündən sonra bərpa olunmaq üçün yavaşladığı dərin istirahət vəziyyətinə keçir”, - bunu isə Mayami universiteti yanında Miller Tibb məktəbinin psixiatriya və davranış elmləri bölməsinin dosenti Aziza Seyşas bildirib .

Alimin sözlərinə görə, otaqda temperaturun daha aşağı səviyyədə saxlanması orqanizm üçün artıq yatmaq vaxtı olduğuna dair siqnaldır.

Mütəxəssislər isti havada yuxuya getməyinizə kömək edəcək bir neçə üsul təklif edirlər.

2019-cu ilin icmalında qeyd edilir ki, isti mühitdən soyuq mühitə tədricən keçid, əsas temperaturu aşağı salmaqla və istirahət üçün beyin fəaliyyətini stimullaşdırmaqla orqanizmi yuxuya hazırlamağa kömək edir.

Bunun bir yolu isti duş qəbul etmək, lakin sonra sona doğru soyuq su istifadə etmək və ya isti duşdan çıxıb sərin otağa daxil olmaqdır.

Başqa bir varian ayaqlarınızı və qollarınızı yataqdan uzaq tutmaqdır.

Ancaq gecələr ayaqlarınız soyuqdursa, Seyşas əlavə istilik təmin etmək üçün corab geyinməyi tövsiyə edir. Qızdırılan döşək yastığı, qış aylarında istilik sistemlərinin yaxşı işləmədiyi evlərdə də kömək edə bilər.
 

# 2493
avatar

Oxşar yazılar